|
• DünyadaNəcəfin imam cüməsi - İŞİD təkfirçi - terror qruplaşması dini elmi hövzələr üçün real təhlükədirİŞİD tərəfindən dini müəssisələri təhdid edən ilk təhlükə bu qrupun siyasi güc mərkəzlərindən əmr alması, ikinci təhlükə isə dini müəssisə və hövzələrin xalq kütləsindən uzaqlaşmasıdır. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bunu İraqın müqəddəs Nəcəf-Əşrəf şəhərinin Cümə Namazı xətibi Höccətul-İslam vəl-müslimin Qəbançi Kufə şəhərində keçirilən "Hövzə və Universitetlərin elmi mütali mərkəzi"nin 5-ci elmi konqresində çıxış edərkən bildirib. O bildirib ki, "İŞİD terrorist qruplaşması dini-elmi hövzələr üçün real təhlükə və təhdid mənbəyidir,həmçinin İŞİD öz ifrati və radikal təkfirçi təfəkküründən elmi dini hövzələrin əleyhinə istifadə edir. Elmi dini hövzələr təsis olunduğu gündən müxtəlif təhlükə, təhdid və problemlərlə üz-üzə qalmışdır. Məsum imamlarımız da həmişə xəbərdarlıq ediblər ki, elmi dini hövzələr heç vaxt siyasi hakimiyyət və qüdrətə bağlı olmasınlar." Nəcəfin Cümə Namazı imamı qeyd edib ki,keçmişdə məzhəbini məhv etmək istəyənlər hakimlər tərəfindən idarə olunurdular. Bu gün də İŞİD təkfirçi-terror qruplaşması dini elmi hövzələri məhv etmək üçün İslam və Əhl-Beyt (ə) düşmənlərinin əsas silahına çevirilib və müxtəlif formalarda elmi dini hövzələrə qarşı döyüşürlər. Qəbançi vurğulayıb: İŞİD tərəfindən dini müəssisələri təhdid edən ilk təhlükə bu qrupun siyasi güc mərkəzlərindən əmr alması, ikinci təhlükə isə dini müəssisə və hövzələrin xalq kütləsindən uzaqlaşmasıdır. O, dini hövzələr və xalqın yaxınlığının əhəmiyyətinə işarə edərək bildir ki, dini təqlid mərcələrinin terrorizm əleyhinə mübarizə üçün "cihad" fətvası verməsi çox mühüm siyasi və tarixi bir qərar idi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2015 14:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |