إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Surya və Livan xristianları təkfirçi terror qruplaşmalarına qarşı döyüşmək üçün Hizbullah tərkibinə qatılır

Livanın "Hizbullah" hərəkatı Livan, Suriya və digər region ölkələrində yaşayan, İŞİD və “ən-Nusra Cəbhəsi” terror təşkilatları ilə mübarizəyə qoşulmaq istəyənlər xristian gənclər üçün tərkibində yeni batalyon təsis edib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un alhadathnews-a istinadla verdiyi xəbərdə bildirilir ki,Livanın Hizbullah hərəkatı bunu Livan və Suriya xristianlarının onlara intensiv müraciətləri ilə əlaqələndirib.

"Hizbullah" üzvləri Livanın bir çox bölgələrində yaşayan xristianların onlara hərbi təlimlərin keçirilməsi barədə müraciət etdiklərini bildiriblər.

Mənbə bildirib ki, "Hizbullah" artıq uzun müddətdir, bu barədə mühüm addımlar atır.Həmçinin Livanın xristianlar yaşayan bölgələrindəki əhali onları “ən-Nusra” və İŞİD-dən yalnız "Hizbullah"ın lazımi şəkildə qoruya biləcəyi qənaətindədir.

Qeyd edək ki,Hizbullah hətrəkatının lideri Seyyid Həsən Nəsrullah bölgə əhalisinə müraciət səsləndirərək  İŞİD və Nusra terror təşkilatlarıının bölgədə yaşayan dinindən aslı olmayaraq bütün xalqlar üçün təhlükə yaratdığını vurğulamış bu vəba qarşısında sukut edənlərin belə amanda qalmayacağını qeyd etmişdir.

Hərəkat lideri İraq və Suriyada şəhərləri ələ keçirən İŞİD və Ən- Nusra-nın yerli əhaliyə divan tutduqlarını onlardan zorla beyət tələb etdiklərini etiraz edənlərin işgəncə ilə edam etdiklərini bildirərək dinindən aslı olmayaraq bütün bölgə xalqlarını təkfirçi cərəyanlara qarşı birləşərək müqavimət göstərməyə səsləmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2015  19:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!