إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əfqanıstanda "Taliban"la İŞİD arasında silahlı qarşıdurma

Əfqənistanda iki terror qruplaşması Taliban və İŞİD arasında ilə silahlı qarşıdurma baş verib

Ahlibeyt.az-ın məlumatına görə  İslamzeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərdə bildirilir ki,Əfqanıstan ordusundan verilən məlumata əsasən, Taliban ilə İŞİD terror qruplaşmaları arasında silahlı qarşıdurma baş verib,nəticədə 20 nəfərin öldüyü çox sayda terrorçu yaralanıb.

Əfqanıstan ordusunun nümayəndəsi Hənif Razay bəyan edib ki, silahlı qarşudurma Fərəh vilayətində baş verib. Hər tərəfdən 10 nəfərin öldüyünü deyən ordu rəsmisi bildirib ki, "Taliban" 12 İŞİD terrorçusunu, o cümlədən, 4 qadını əsir götürüb.  Qeyd edək ki, aprel ayının sonlarına Gilmən vilayətinin rəhbəri Nəbi Can Mollakhil bəyan edib ki, yerli polisin əlinə İŞİD və  “Taliban” terrorçularının bir-birilərinə qarşı “cihad” elan etdikləri barədə sənən keçib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2015  17:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!