|
• DünyadaMüqavimətin qələbəsiHƏMAS və onun hərbi qanadı olan İz əd-Din əl-Qassam elan ediblər ki, uzun sürən və arada İsrailin ucbatından dondurulan danışıqlardan sonra İsrail türmələrində dustaq həyatı keçirən fələstinlilərin 2006-cı ildən HƏMAS-ın əsirliyində olan bir sionist əskəri ilə mübadiləsi barədə razılıq əldə olunmuşdur. Razılığa əsasən İsrail bir əskərinin əvəzində 1027 fələstinlini, o cümlədən, əsirlik həyatı keçirən bütün fələstinli qadınları azad edəcək. Razılaşmaya əsasən 1027 əsir iki etapa İsrail türmələrindən azad ediləcəkdir. Birinci etapda 450 nəfər azadlığa buraxılacaqdır ki, onlardan 280 nəfəri ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərdir. Dünən televiziya ilə Fələstin xalqına müraciət edən HƏMAS təşkilatının siyasi lideri Xalid Məşəl bunu böyük qələbə adlandırıb. O deyib ki, azadlığa buraxılanlar təkcə Qəzza zolağında yaşayanlar yox, Fələstinin müxtəlif məntəqələrdə yaşayanlardır ki, bu hal milli vəhdətə yeni təkan bəxş edəcəkdir. Həmçinin İz əd-Din əl-Qassamın sözçüsü Əbu Ubeydə Fələstin xalqını təbrik edib və bildirib ki, bu müqavimətin böyük qələbəsidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2011 15:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |