إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ənsarullah hərəkatı əl-Hədid limanında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanı əməkdaşlarını həbs edib

Yəmənli qüvvələr Səudiyyə Ərəbistanı daxilində həyata keçirdikləri əməliyyat zamanı onlarla hərbçini öldürüb və yaralayıblar.


Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə əl-Manar agentliyinin məlumatında bildirilir ki, Yəmənin xalq birlikləri və qəbilə qüvvələrinin Sədə vilayətinin şimalında Səudiyyə Ərəbistanına aid hərbi bazaya hücumu zamanı biri zabit olmaqla 28 səudiyyə hərbçisi öldürülüb,5 hərbi texnikanı məhv ediblər.

 

Yəməndən daxil olan  məlumata görə, Ənsarullah hərəkatı əl-Hədid limanında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanı əməkdaşlarından 15 nəfəri həbs edib.Ənsarullah hərəkatının rəhbərlərindən olan  Həmid Tariq əl-Ədnani deyib: Ərəbistanın xüsusi xidmət orqanı əməkdaşları İranın humanitar yardım gəmisinə qarşı terror aktı törətmək və bu gəmiyə doğru raket atmaq məqsədi ilə əl-Hədidə limanına daxil olublar.


Əl-Ədnani saxlanılan casus-terrorçuların üzərindən modern silahlar və terror aktında istifadə olunması nəzərdə tutulan raketin aşkar və müsadirə edildiyini bildirib.


Qeyd edək ki, İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 34-cü hərbi bölməsi İranın Yəmənə humanitar yardım daşıyan  Shahed gəmisinin Ədən körfəzinə daxil olmasının ardınca, bu gəmini müşayiət etməyə başlayıb.

 

ABŞ, Fransa və Ərəbistana aid hərbi gəmilərin İranın Yəmənə humanitar yardıma aparan "Nicat" gəmisinin hərəkəti yolunda maneələr yaratmalarının ardınca, İran İslam Respublikası ordusunun Dəniz Qoşunlarının məntəqədə yerləşən 34-cü hərbi bölməsi bu gəmiyə yaxınlaşaraq, onu müşayiət etməyə başlayıb.

 

İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 34-cü hərbi dəniz bölməsinin komandanı "Nicat" gəmisi əleyhinə təhdidlərin aradan qaldırıldığını bildirib.

"Nicat" gəmisi hazırda strateji əhəmiyyətli Babülməndəb boğazının 70 milliyindədir və sabaha kimi Babülməndəb boğazından keçib, Qırmızı dənizə daxil olmalıdır.

 

Məlumatlarda qeyd olunur ki,gün ərzində Səudiyyə Ərəbistanı ordusunun Yəmənin müxtəlif məntəqələrinə olan hava hücumlarının davamında 25 nəfər həlak olub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2015  18:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!