|
• DünyadaPalmirada antik abidələrin dağıdılması hərbi cinayət hesab ediləcək - YUNESKO"Palmirada ekstremistlər tərəfindən antik abidələrin dağıdılması hərbi cinayət hesab ediləcək" -Yunesko baş direktoru İrina Bokova.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un ItarTass-a istinadla verdiyi xəbərdə qeyd olunur ki,,YUNESKO rəhbəri bildirib ki, daxil olan məlumata əsasən, Palmiradakı tarixi abidələr Suriya hökumət qüvvələrinə qarşı şiddətli döyüşlər aparan İŞİD terror təşkilatının hücumu nəticəsində artıq zərər çəkib. “Bu bəşər sivilizasiyasının beşiyidir, buraya hər hansı zədə yetirilməsi və ya Palmiranın dağıdılması hərbi cinayət və bəşəriyyət üçün böyük itki olacaq.” - deyə Bokova bildirib. "BFM" telekanalı efirində çıxış edən İ.Bokova qeyd edib ki, toqquşma nəticəsində antik tikililərin bəzi sütunları yıxılıb və ya zədələnib. BMT rəsmisi Təhlükəsizlik Şurasını, bütün siyasi və dini liderləri dağıntılara yol verilməməsi üçün çağırış etməyə səsləyib. Qeyd edək ki, dünən YUNESKO baş direktoru beynəlxalq ictimaiyyəti mülki əhalinin və tarixi mədəniyyət abidələrinin qorunması üçün tədbirlər görməyə çağırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2015 18:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |