|
• DünyadaƏfqənistanda məscid qarşısında gənc qadının öldürülməsinə seyrçi qalan polislər mühakimə olunduƏfqanıstan məhkəməsi bu ilin martında Quran səhifələrini yandırmaqda ittiham edilərək qəzəbli kütlənin hücumuna məruz qalan Kabil sakini olan qadının ölümcül döyülməsi zamanı vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə görə 11 polis işçisini bir il müddətinə azadlıqdan məhrum edib. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Associated Press” agentliyinin yaydığı məlumata görə, məhkəmə əsnasında səkkiz nəfər sübut yetərsizliyi səbəbindən azadlığa buraxılıb.. Bildirək ki, 27 yaşlı Fərxundənin qətli martın 21-də törədilib. Qadının cəsədi linçlənmədən sonra yandırılıb. Araşdırmada iştirak edən general Məhəmməd Zahir bildirib ki, qadının Qurani-Kərimi yandırması barədə iddia əsassız olub, belə ki, polis qadının günahını sübuta yetirən hər hansı sübut aşkarlaya bilməyib. Qeyd edək ki, qətlin törədilməsindən bir neçə gün sonra Əfqanıstanda kütləvi etiraz aksiyaları başlayıb, minlərlə insan küçəyə çıxıb və hökumətdən qadının ölümündə əli olanların cəzalandırılmasını tələb ediblər. Qadına hücum edən kütləyə müqavimət göstərməyən bir neçə polis əməkdaşı işindən uzaqlaşdırılıb. Ümumilikdə cinayət işi üzrə 49 nəfər istintaqa cəlb edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2015 17:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |