إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şiəliyi aradan aparmaqla öz layihələrini həyata keçirə biləcəklər

Ayətullahul-Üzma Seyyid Ələvi Gürgani bu gün Qumda yaşayan pakistanlı tələbələrlə görüşüb. Görüşdə Ayətullah Gürgani vahhabilərin və təkfirçi dəstələrin müsəlman ölkələrində, xüsusilə də Pakistanda törətdiyi cinayətlərə münasibət bildirib.

Ayətullah Gürgani Pakistanda təkfirçilər tərəfindən qətl edilən şiələrin İmam Zamanın(ə.f) qəlbini qana döndərdiyini bildirib. O vahhabilərin böyük bir bəla olduğunu bildirərək deyib ki, təkfirçi dəstələr Amerika və İsrailin xeyrinə müsəlmanlar arasında ixtilaf salmaq və şiəliyi aradan aparmaq istəyirlər. Çünki onlar yaxşı bilirlər ki, şiəliyi səhnədən aparmaqla rahat öz layihələrini həyata keçirə biləcəklər.

Şiə alimlərinin, xüsusilə də Ayətulah Xameneinin bütün müsəlmanların fikrini çəkdiyini bildirən mərcei-təqlid deyib ki, müsəlman ölkələrində baş verən hadisələr tərəfimizdən diqqətlə izlənilir.

Məscidun-Nəbinin(s) imama camaatının şiələri və Əhli-beyti(ə) təhqir etməsini tərbiyəsizlik adlandıran Ayətullah Gürgani onun danışığının təkfirçi qüvvələrin hərəkətə keçməsinə rəvac verdiyini bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2011  18:16 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!