إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yeni Liviyada yəhudilərə yer yoxdur

 

İsrail mətbuatının bildirdiyinə görə, Liviya diktatorunun devrilməsindən sonra Tripoliyə öz əsl-nəsəbini axtarmağa və sinaqoq bərpa etməyə gedən bir yəhudi liviyalıların kəskin etirazları ilə qarşılaşıb.

Keçən həftə Tripoliyə səfər edərək Xara Kbira adlı sinaqoqu bərpa etmək niyyətində olan İtaliyada yaşayan David Herbini sinaqoqun qarşısında silahlı şəxslər qarşılayıblar. Onlar Herbiyə əgər gəldiyi yerə geri dönməsə öldürələcəyini bildiriblər.

Vəziyyət Yom-Küpür günü daha da gərginləşib. Həmin gün küçələrə çıxan liviyalılar "yəhudilərə və sionizmə qarşı" nümayiş keçiriblər. Daha sonra Herbinin qaldığı otelə gələn nümayişçilər oteli mühasirəyə alıblar. Otelin qarşısında nümayişçilər "Liviyada sionizmə yer yoxdur", "Liviyada yəhudilərə yer yoxdur" şüarları səsləndiriblər. Nümayişçilərdən Herbini xilas edən, onu qorumaq üçün Mili Keçid Şurası tərəfindən təqdim edilmiş mühafizəçilər olublar.

Herbinin Tripolidən İtaliyanın hərbi təyyarəsi ilə təxliyyə edildiyi bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2011  16:57 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!