إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə ordusunun Ədənə yeridilməsi xəbəri əl-Qaidə terrorçularının ruh yüksəkliyini artırmaq məqsədi daşıyır

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Abdus-Salam bildirib ki, Səudiyyə qüvvələrinin Ədənə yeridilməsi ilə bağlı yayılan şayiələrdə məqsədin əl-Qaidə terrorçularının ruh yüksəkliyini artırmaq məqsədi daşıyır.O vurğulayıb ki,Səudiyyəlilər belə bir işə cürət edə bilməzlər.

Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə, Məhəmməd Əbdüssəlam deyib: Ərəbistanın Yəmənə quru qoşunları yeritməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur və bu kimi şaiyələr əl-Qaidə terrorçularını ruhlandırmağa hesablanıb.

Ənsarullah hərəkatının sözçüsü əlavə edib: Ədəndə vəziyyət tamamilə ordu, təlükəsizlik qüvvələri və xalq komitələrinin nəzarəti altındadır. Və Ərəbistan Yəmənə qarşı belə bir addım atmağa cürət edə bilməz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2015  16:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!