|
|
Con Kerri Cavad Zərifdən Yəməndə aparılan danışıqlara husiləri cəlb etməsini xahiş edibABŞ dövlət departamentindən bildirilib ki,Yəməndə bir-birinə qarşı mübarizə aparan qüvvələr arasında danışıqlara başlamaq üçün İrana bu ölkədə husilərlə əlaqəsindən istifadə etməsi xahişi ilə müraciət edib. Ahlibeyt.az-ın RiaNovosti - yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.Dövlət Departamentindəki mənbənin sözlərinə əsasən, ABŞ dövlət katibi Con Kerri belə bir xahişlə Nyu-Yorkda nüvə danışıqları çərçivəsində baş tutan görüş zamanı İranlı həmkarı Məhəmməd Cavad Zərifə müraciət edib. Kerri bir qədər əvvəl Yəməndəki tərəfləri regionda zorakılıq səviyyəsini endirməyə və ölkə maraqlarının nəzərə alınacağı danışıqlara başlamağa çağırmaq niyyətində olduğunu bildirmişdir. Qeyd edək ki,İstefa verərək vəzifəsindən uzaqlaşmış Yəmənin keçmiş prezidenti A.Hadi bir müddət sonra ölkəni tərk edərək Səudiyyə Ərəbistanına qaçmış,özünün prezident vəzifəsinə qaytarılması üçün Səudiyyə kralına Yəmənə hərbi müdaxilə olunması barədə müraciət etmişdir. Bir qədər əvvəl A.Hadi Yəmən danışıqlarına Husilərin rəhbəri Abdul Malik Husi və keçmiş Yəmən prezidenti Abdullah Salehin qatılamasının əleyhinə olduğunu bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2015 13:27 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |