إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Məhəmməd Təqi(ə)nin mübarək mövlud günüdür

İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar”

Bu gün aprel ayının 29-u,hicri qəməri tarixi ilə Rəcəb ayının 10-u Hz.Məhəmməd Təqinin(ə) mövlud günüdür. Bu mövlud münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik

Ləqəbləri: Cəvad, Təqiyy, Qane, Muxtar, Zəkiyy, Murtəza, Alim, Nuri sate.

Künyəsi: Əbu Cəfər.

Atası: İmam Riza (ə).

Anası: Səbikə. İmam Riza (ə)onu Xizran, Dürrə, Reyhan adlandırmışdır

Doğulduğu gün: 10 Rəcəb

Doğulduğu yer: Mədineyi-Münəvvərə

Doğulduğu il: 195-ci hicri ili

Şəhid olduğu gün: Zilqədənin son günü

Şəhid olduğu il: 220-ci hicri ili

Ömrü: 25 il

Şəhadət səbəbi: Mötəsimin göstərişi ilə zövcələrinin biri tərəfindən zəhərləmişdir.

Dəfn olunduğu yer: Kazimeyn

Övladlarının sayı: 4 (2 oğlan, 2 qız)

İmam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»

Bu təvəllüd çox mübarək və ümidverici idi. Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında «mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan.»

İmam (ə) əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun.» Әshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: «Allah-taala həzrət İsanı Әbu Cəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir tə᾽siri yoxdur.»

Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. Imamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cə᾽fər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»

Bir gün imam Məhəmməd Təqi əleyhissalam məscidə gəldi və qoca kişi olan Әli ibni Cə᾽fər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. İmam (ə) buyurdu: «Әmi, əyləş». Әli ibni Cə᾽fər isə belə dedi: Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm? Daha sonra Әli ibni Cə᾽fər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən? Әli ibni Cə᾽fər dedi: Susun! İmamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır.

Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Mə᾽mun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Mə᾽mun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Mə᾽mun yaxınlaşıb «Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?» – deyə soruşduqda həmin oğlan belə buyurdu: «Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mə᾽nasız idi.»

Mə᾽mun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir?

Cavab verdi: Məhəmməd.

Soruşdu: Kimin oğlusan?

Dedi: Әlinin oğlu.

Mə᾽mun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi?

Cavab verdi: Bəli.

Mə᾽mun ona afərin deyib atlıları ilə çıxıb getdi.

Bəzəndi deyir: «Bir gün həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. Indi isə sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar.

Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma.

Imam Rza əleyhissalamın şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdilər. Onlar yolüstü Mədinəyə gəlib imamın evinə də dəydilər. Hələ uşaqlıq dövrünü yaşyan imam (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar və çox sevindilər. Onlardan İshaq adlı birisi deyir:

Mən imamdan soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı oluduğundan gedib sabah gəlmək istəyirdim ki, imamın gözü mənə sataşdı və belə buyurdu: «Ey Ishaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Әhməd qoy». Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını imamdan eşitmək məni olduqca heyrətləndirirdi və öz-özümə dedim ki, bizə bu ne᾽məti əta edən Allaha şükr olsun. Bu Allahın höccətidir.

Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, imamın dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Әhməd qoydum.

İmamın Rza(ə)nın yaxın əshabından olan Әbasəlt  buyurur- İmam Rza(ə)nın şəhadətindən sonra Mə᾽munun əmri ilə zindana düşdüm. Bir il zindanda qaldım. Çox darıxmışdım. Bir gecə oyaq qalıb ibadət və dua etməklə məşğul idim və imamı köməyə çağırırdım. Hələ duamı bitirməmişdim ki, həzrət Rzanın oğlu imam Məhəmməd Təqi əleyhissalamı öz yanımda gördüm. O, mənə belə buyurdu: «Ey Әbasəlt, deyəsən yaman darıxmısan». Dedim: Bəli, ey imam. Imam yaxınlaşıb zəncirlərə toxundu və birdən onların hamısı yerə töküldü. Sonra «ayağa qalx» - deyə buyurub məni zindandan çıxartdı və belə buyurdu: «Get. Bundan sonra Mə᾽munu görməyəcəksən və onun tərəfindən sənə əzab-əziyyət olunmayacaq». Sonralar elə imamın dediyi kimi də oldu.

Mə᾽mun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Mə᾽munun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Mə᾽munun əleyhinə üsyanlar baş qaldırdı.

Mə᾽mun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Mə᾽mun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.

1. Mə᾽mun bu evlilikdən siyasi bir hədəf güdürdü. Çünki, qızını imamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Mə᾽munun qızı bu öhdəliyini layiqincə yerinə yetirirmiş.

2. Bu izdivacla əlaqədar imamı əyləncə və kef məclislərinə də᾽vət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta imamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, imamın qabağında oxuyub oynasınlar, lakin həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı.

İmamın əshabından bir nəfər belə deyir: Bağdadda imamın hüzurunda idim və öz-özümə «imam Mə᾽munun gözəl sarayını nə təhər buraxıb Mədinəyə gedəcəkdir? – deyə düşünürdüm. Imam (ə) mənə belə buyurdu: «Ey vəfalı dostum, bunu bil ki, duz-çörək yemək, kobud paltar geymək və Mədinədə Peyğəmbərin hərəminin yanında olmaq mənim üçün bu yaşayış tərzindən daha dəyərli və üstündür.» Buna görə də Mə᾽mun nə qədər israr etsə də imam Bağdadda qalmayaraq arvadı Ümmü Fəzl ilə birlikdə Mədinəyə qayıtdı və 220-ci hicri ilinə qədər orada qaldı.

3. Mə᾽mun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir iftixar sahibinə çevrilsin.

Mə᾽mun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu imamın nəslindən olacağını eşitmişdi. Lakin Mə᾽munun qızının övladı olmadı.

Mə᾽mun Misirdən qayıdarkən yolda xəstələndi və Rəqqa adlı məntəqədə dünyasını dəyişdi. Onun ölümündən sonra  qardaşı Mö᾽təsim onun yerində oturdu və imam Cavad (ə)-ı Mədinədən Bağdada gətirdi ki, o həzrəti yaxından nəzarət altında saxlaya bilsin.

İmam Cavad əleyhissalamın zamanında şərait çox pis olduğundan daha az tələbə yetişdirildi. Imamın görkəmli tələbələrindən bə᾽zisi bunlardır:

1. Әli ibni Məhziyar: O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Әhvazda yaşayırdı. Әhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar a elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: «Allahın adı ilə. Ey Әli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin ne᾽mətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm».

2. Әbunəsr Bəzənti: O, Kufədən idi  və imamın xüsusi əshabından sayılırdı. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. Bu, imam Rzanın hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir.

3. Zəkəriya ibni Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir.

O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Әshabından birisi «mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm» - dedikdə, imam (ə) buyurmuşdu: «Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibni Adəmlə məsləhət et».

İmamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi Ibni Şəhraşub bu barədə belə yazıbdır: Mö᾽təsim imama qarşı bəslədiyi kin-küdurət üzündən imamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif və᾽də və həvəslər Ümmü Fəzli imamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 220-ci hicri ilinin Zilhəccə ayının 6-da çərşənbə axşamı günü 25 yaşında ikən, şəhid olundu. Pak bədəni İraqda babası imam Museyi Kazim əleyhissalamın mübarək ziyarətgahı yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2015  12:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!