|
• DünyadaNigeriyanın keçmiş prezidenti Afrikada "Boko Haram","Əş-Şəbab"kimi terror təşkilatlarının yaranma səbəblərini açıqlayıb“Gənc, təhsilsiz və işsiz insanları aldatmaq, onlardan istifadə etmək daha asandır. Afrikada “Boko Haram”, “Əs-Şabab” kimi terror təşkilatlarının yaranmasının səbəbi budur. Münaqişə, yoxsulluq olanda isə insanlar yerlərini dəyişməyə, miqrasiya etməyə çalışırlar. Bu gün Avropanın qarşılaşdığı miqrasiya probleminin kökündə də bu dayanır”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo söyləyib.
Sabiq prezident deyib ki, miqrasiya edən insanların bir hissəsi Aralıq dənizində gəmilərin qəzaya uğraması nəticəsində ölür: “Afrikada Nigeriya, Mali, Somali kimi ölkələrdə gənclər üçün iş yerləri vacib məsələdir. Gənclərin iş problemini həll etməsək, Aralıq dənizi afrikalılar üçün məzar olmaqda davam edəcək”.
Demokratiyanın əhəmiyyətindən danışan Olusegun Obasanjo Nigeriyada son seçkilərin ədalətli olduğunu və yeni dövlət başçısının seçildiyini bildirib: “Ancaq daha sonra düzgün idarəçilik olmalıdır ki, işsizlik aradan qaldırılsın. Afrikanın gəncləri düşünürlər ki, xaricilər onların işlərini əllərindən alırlar, ona görə də xariciləri sevmirlər, ksenefobiya halları baş verir. Yaxşı idarəçilik olmasa, seçkilər və nəticələri mənasız olacaq. Təhsilli gənclər də iş tapmasa, aldıqları diplomun mənası nə olacaq? Biz də buna imkan verməməliyik”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2015 14:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |