إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - Rəcəb ayı mübarək Ramazan ayının müqəddiməsi sayılır

Bu gün mübarək Rəcəb ayının birinci günüdür. Rəcəb ayı Şabanla yanaşı, mübarək Ramazan ayının müqəddiməsi sayılır. İlahi ziyafətə hazırlaşan möminlər bu aylara xüsusi hazırlaşırlar.

Ahlibeyt.az-ın  Salamnews-a istinadən verdiyi xəbərə görə,bunu Rəcəb ayının daxil olması ilə bağlı ilahiyyatçı alim Hacı Şahin Həsənli bildirib.

O deyib ki, bu aylar Allahın xüsusi rəhmət və bərəkət mövsümüdür, insanın mənəvi cəhətdən təmizlənməyi üçün əvəzsiz fürsətdir: "Həzrət Peyğəmbər (s) rəcəb ayına “Allahın ayı”, “Böyük ay” kimi adlar verərdi. Bu ayda tutulan orucların axirətdəki xeyirləri barədə Əhli-beyt (ə) tərəfindən xeyli hədis nəql olunub. Bu ayda oruc tutmaq insanı cəhənnəmdən uzaqlaşdırar, cənnəti ona vacib edər, ölüm və qəbir çətinliklərini yox edər və ən əsası, Allah-taala həmin insanı əziz tutar.

Bundan başqa, bu ay boyunca bir sıra əməlləri yerinə yetirmək, məsələn, istənilən vaxt oruc tutmaq, bəyənilir. Əgər kimsə rəcəb ayında oruc tuta bilmirsə, zikr (Subhanəl-ilahil-cəlil, Subhanə mən la yənbəğit-təsbihu illa ləh, Subhanəl-əəzzil-əkrəm, Subhanə mən ləbisəl-izzə və huva ləhu əhl) edə bilər. Bu zikri bir gündə 100 dəfə edən həmin günün orucunun savabına çatar.

Peyğəmbərimiz (s), həmçinin bu ayda 1000 dəfə “La ilahə illəllah” və 1000 dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” zikrini etməyi tövsiyə edib."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2015  15:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!