|
• Mənəviyyat • Rəcəb ayıMübarək Rəcəb ayı daxil oldu - Rəcəb ayının əməlləriBu gün - aprel ayının 19-dan 20-nə keçən gecə, hicri qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur. Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”. Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylar dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır. Peyğəmbər(s) buyurur ki, bu istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət çox nazil olur. Rəcəb ayının əməllərindən Rəcəb ayının ilk gecəsindən gününə keçən gecə bu duanı oxumaq tövsiyə edilmişdir: "Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan" (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir) Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar. Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər. Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər. Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır. Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır. Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim rəcəb ayında 100 dəfə söyləyə: "əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh" və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar". Rəcəbin 15-ci gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir; Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir. Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: "Əstəğfirullahə və əs-əluhut-təvbə" İslam təqvimində ən fəzilətli gecələrdən olan Leylətul Rəğaib(Rəğaib gecəsi bu ayın birinci cümə gecəsinə təsadüf edir ) və Rəcəb ayının 27-nə təsadüf edən "Məbəs" gecəsinin xüsusiyyət və əməlləri barədə saytımızın Rəcəb ayı bölməsində məlumat əldə edə bilərsiniz. Bu ayın xüsusi dua və ibadətləri üçün "Məfatihul Cinan"kitabına müraciət edə bilərsiniz
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2015 00:06 ⁄ Çap
Bu bölmədə1 Fevral, 2024 Mübarək Rəcəb ayında oruc tuta bilməyənlər nə etməlidir?...24 Yanvar, 2024 Bu axşam “Əyyamul-bəyz” gecələri daxil olur 17 Yanvar, 2024 Rəcəb ayının ilk cümə gecəsi - “Leylətul-Rəğaib-Arzular gecəsi”nin fəzilət və əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |