إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda İŞİD-ə ağr zərbə-Ordu qüvvələri Ramadi üzərində nəzarəti ələ aldı

İraq höküməti silahlı qüvvələri qərbi Əl-Ənbar əyalətinin paytaxtı olan Ramadi üzərində nəzarəti ələ keçirib.

Ahlibeyt.az-ın Anspress-ə istinadənverdiyi xəbərə görə, bu barədə İranın "PressTV telekanalı məlumat yayıb: “İraq silahlı qüvvələri xalq birləşmələrinin dəstəyi ilə İŞİD terroçularını Ramadidən sıxışdırıb çıxardaraq, şəhər üzərində tam nəzarəti əlinə alıb”- deyə İranın birləşmiş operativ komandanlığının generalı Saad Maan bildirib.

Onun sözlərinə görə hazırda da qızğın döyüşlər davam edir və İraq ordusu İŞİD silahlılarını bu rayondan uzaqlaşdırana qədər hücumu dayandırmayacaq.

Hökümətin hərbi qüvvələri eləcə də Ramadidən Anbar əyalətinin qərbinə doğru İordaniya və Suriya sərhəddinə gedən strateji vacib yolu da nəzarətə alıblar. Bu magistral yol terrorçular tərəfindən Suriyadan qüvvə dəstəyi üçün istifadə edilirdi.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2015  11:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!