إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Musa Sədr barədə yalanı Qəzzafinin təzyiqi altında söyləmişəm

İmam Musa Sədr və yoldaşlarının 1978-ci ildə Tripolidə oğurlanmasında Livanın ittihamlandırdığı və Müəmmər Qəzzafiilə birlikdə istintaqa cəlb edilmiş Əbdürrəhman Məhəmməd Ğəvilə "əl-Cəzirə" telekanalına müsahibə verib. Əbdürrəhman Ğəvilə müsahibəsində deyib ki, həmin vaxt Qəzzafinin təzyiqi altında yalandan bildirmişdir ki, İmam Musa Sədrin və yoldaşlarının pasportlarına Liviyanı tərk etmələri barədə möhürü o vurmuşdur.

Hadisənin necə baş verdiyini danışan Ğəvilə deyib ki, mən aeroportda pasportlara nəzarət idarəsində zabit işlədiyim vaxtlar idi ki, İmam Musa Sədrin Qəzzafi tərəfindən oğurlanıb gizlədilməsi baş verdi. Bir müddət sonra yüksək rütbəli hərbi zabit mənim yanıma gələrək dedi ki, İmam Musa Sədrin və yoldaşlarının pasportuna möhürü sən vurmusan. Dedim axə mən bunu etməmişəm. Mənə dedi ki, sən bunu boynuna almalısan. Həmin adam çox amansız adam olduğundan qorxduğumdan dediklərini qəbul etdim. Bir müddət sonra məni polis idarəsinə dəvət etdilər. Oradan məni kəşfiyyat idarəsinə apardılar. İdarənin sədri Yunis Balcasim mənə dedi ki, İmam Musa Sədrin işini araşdıran müstəntiqlərin qarşısında sənə dediklərimi bildirməlisən. Mənə deyildi ki, müstəntiqə bildirim ki, Əhməd Həttab adlı bir şəxs mənə İmam Musa Sədrin və yoldaşlarının pasportlarını gətirmiş və mən onların pasportlarını möhürləmişəm. İnandırıcı olmaq üçün mənim iş yoldaşım Əhməd Tərhuni də məsələyə cəlb edildi. Və o İmam Musa Sədri aeroportda gördüyünü bildirməli idi ki, o bunu etdi.

Daha sonra eyni yalanı İtaliyadan gələcək müstəntiqə də söyləməyimi tələb etdilər. Həmin vaxt mən Həccə ziyarətə gedirdim. Ziyarətdən gəldikdən sonra həmin yalanı müstəntiqə danışmalı idim. Həccdə Allaha dua etdim ki, mənə bu yalanı bir daha söyləməməyə kömək olsun. Belə də oldu. Həccdən qayıtdıqdan sonra işimi tərk etdim və həmin müstəntiqi görmədim.

2000-ci ildə bir daha məni İmam Musa Sədrin işi barədə Livandan gəlmiş müstəntiqin yanına gətirdilər. Ona isə bu hadisədən çox vaxt keçdiyinə görə heç nə yadımda qalmadığını bildirdim.

İmam Musa Sədrin oğurlanması barədə bir məlumatı söyləyə bilərəm ki, o da camaatın danışdığı sözdür. Deyilənlərə görə Məhəmməd Rahibi adlı bir şəxs ruhani libasında Liviyanı tərk edib İtaliyaya İmam Musa Sədrin adı altında getmişdir. və indi buradan, "əl-Cəzirə" telekanalından bildirirəm ki, mən nə İmam Musa Sədrin pasportunu görmüşəm. nə də ona möhür vurmuşam.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2011  00:12 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!