إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam dini Bradford məscidində informasiya texnologiyaları ilə tanıtdırılır

İngiltərənin şimalında Vest Yorkşeir məntəqəsində Bradford məscidi yeni informasiya texnologiyalarından istifadə edərək İslam dini və Quranı mobil telefon və planşet istifadəçilərinə tanıtdırır.


Ahlibeyt.az-ın İrib-ə istinadla verdiyi məlumata görə, Bradford məscidinin islam dininin təlimi məqsədilə hazırlandığı proqram mobil telefon və planşet üzərinə quraşdırıla bilir.


Proqramın yaradıcıları bildiriblər: Bu proqram islam dinini tanıtdırmaqdan əlavə Quranın tam mətni, əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) mədhində şerlərə şamil olur. O cümlədən öz dinləri ilə daha yaxından tanış olmaq və əlavə məlumat almaq istəyən İngiltərə müsəlmanları, eləcə də islam dini ilə tanış olmaqla maraqlanan qeyri-müsəlmanlara məlumatlar verir.


Bu proqram İngiltərədə öz növbəsində ilk təşəbbüs hesab olunur. Proqram dizaynerlərinin dediyinə görə, proqram bir çox sistemlər üzərində işləmək funksiyasına malikdir. İngiltərəli istifadəçilər bu proqram vasitəsi ilə Bradford məscidinin məlumatları, xəbərləri, dini proqramları və namaz vaxtlarını əldə edə bilərlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2015  13:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!