إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi Quma səfər edərək nüfuzlu müctehidlərlə görüşlər keçirib

Böyük təqlid mərcələri Ayətullahlar Hüseyn Vəhid Xorasani, Hüseyn Nuri Həmədani Cəfər Sübhani və nasir Məkarim Şirazi  Ayətullah Xameneyi ilə görüşüblər.

Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə İran İslam İnqilabının Ali Dini lideri  Ayətullah Seyyid Əli Xameneyi şənbə günü Qum şəhərinə gedərək nüfuzlu din alimləri ilə görüşlər keçirib.

Məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Vəhid Xorasaninin evində onunla görüşərək səmimi sohbət edib.

Dini lider həmçinin  Ayətullah Hüseyn Nuri Həmədani və Ayətullah Cəfər Sübhani ilə də görüşdən sonra sonda ibadət və minacat üçün müqəddəs Cəmkəran məscidinə ziyarətə gedib.

Qeyd olunur ki, Ayətullah Xameneyi Quma səfəri çərçivəsində Ayətullah Şübeyri Zəncani və Ayətullah Nasir Məkarim Şirazi ilə görüşüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2015  16:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!