إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür

Həzrəti Məhəmməd (s) buyurur: Ey Fatimə! Hər kəs sənə salavat göndərsə ALLAH onu bağışlar və cənnətin harasında olsam belə onu mənimlə bərabər edər.

Xanım Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü Xanımlar bayramı kimi də qeyd edilir.

Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

«Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir.

«Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma "Kövsər"surəsində həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik».(«Kövsər» surəsi, ayə 1.)

Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qurani-kərim bütün digər ilahi kitabları hifz  edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir. Əksinə, düşmən puç köpükdür, köksüz, əsassız, dayanacaqsızdır. Quranda buyurulur: «Köpük heç bir şey olmadığı üçün uçub gedər.» Başqa bir ayədə buyurulur: «Pis söz isə qoparılmış, köksüz pis bir ağaca bənzəyir».(«İbrahim» ayə 26.)

Həzrəti Məhəmməd (s) kövsərinin  bir nümunəsi Zəhradır (s). İlahi vilayətin  davamı onun vasitəsi ilə gerçəkləşmiş,İmam Əli və xanım Fatimənin pak ailəsinin davamı olaraq  on bir imam dünyaya gəlmiş, onların bərəkət və rəhməti aləmlərə nur saçmışdır. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir. Onlar imamətin qaynar bulağı kimi şəriət susuzluğunu doyurmuşlar. Bütün fəzilətlər Əhli-beyt və ilahi vəhydəndir.

İmam Sadiq (ə) buyurmuşdur: «Harada fəzilətdən bir söz olsa, biz Əhli-beytdəndir». Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimədir (s), nə üçün də kövsər olmasın! Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın! Buna görə də Həzrəti Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir. Onun Əhli-beyti və övladları dinin pak ağacının daim suvarıldığı kövsərdirlər.

Allah öz rəsuluna  əmr edir ki, 40 gün xanımı Xədicədən uzaq dayansın, oruc tutsun və behişt meyvəsi ilə iftarını açsın. Deməli, bu uşaq cənnət meyvəsindən əmələ gəlib, bu baxımdan onun cismi də başqalarından fərqlənməlidir. Ruhi keyfiyyətlərinə gəldikdə isə, Peyğəmbərimizn (s) onu ilahi nurlardan bir nur adlandırır.

Fatimeyi- Zəhranın (s) ləqəblərindən biri “İnsiyyətul- həvra” (huri insan) idi. Bu özünü əsl mənasında huri demək deyil, əsl mənası budur ki, o bütün dəyərlər və ülvülükləri öz varlıq və vücudunda birlşdirən, lakin insan şəkilnə salınmış bir mövcuddur.

Allah belə bir varlığı qadın timsalında yaradıb,təzahür etirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan  ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır.

Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi».

Allah bütün xeyr və dəyərləri "kövsər"də yerləşdirmişdir. Kövsər çoxlu xeyr mənasını daşıyır. Bu ifadənin  başqa bir  mənası da sankı budur: Ey mənim Həbibim! Mənim nəyim vardısa sənə əta etdim, hədiyyə verdim və bağışladım, onların hamısı Fatimədədir.

Kövsər, yənin mənim(yaradanın) insana verməyə nə varim idisə, hamısını bir yerdə topladım və Fatiməin (s) timsalında təzahür etdirdim.

 

Həzrəti Fatimeyi-Zəhra(s.ə)nın mübarək mövludu günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2015  10:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!