إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ümrə ziyarətçilərinə zor tətbiq edənlər həbs olunublar

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Ciddə hava limanında iki iranlı ümrə ziyarətçisinə təcavüz edən Səudiyyəli polis məmurlarının müəyyənləşərək həbs olunduqlarını bildirib.

Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi  məlumata görə, Hüseyn Əmir Abdullahiyan bildirib ki, Səudiyyə Ərəbistanı dövlət rəsmisi İranın Ər-Riyaddakı səfiri ilə görüşdə bildirib ki, İranlı iki ümrə ziyarətçisinə təcavüz edənlər müəyyənləşərək həbs olunublar və ən ağır şəkildə cəzalanacaqlar.

İran xarici işlər nazirinin müavini əlavə edib: İnsanlığa qarşı bu hərəkəti törədən Səudiyyəli məmurlara ən ağır cəzanın verilməsi və dərhal icra olunmasını gözləyirik.

Əmir Abdullahiyanın bildirib ki, Səudiyyə hökumətinin İranlı zəvvarların tam təhlükəsizliyinin təmin olunmadığı halda,Tehran bu barədə lazımi qərarı verəcəkdir.

Qeyd edək ki,bir neçə gün öncə İranlı zəvvarların çıxışı zamanı Ciddə aeroportu məmurları  2 İranlı yeniyetmə gəncdən şübhələndikləri üçün, əlavə yoxlama otağına aparıblar və yoxlama zamanı yeniyetmələrə qarşı zor tətbiq olunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2015  16:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!