|
• DünyadaMəscidləri əvvəlki mövqelərinə qaytaraqMədinəyə daxil olan Hz.Rəsuləllahın(s) ilk işi məscid inşa etmək olur Qum şəhərində İmam Rzanın(ə) mövludu münasibətilə Əli ibn Musa ər-Rza(ə) məscidinin açılışı olub. Açılış Ayətullahul-Üzma Şeyx Məkarimin əli ilə həyata keçirilib. İmam Rzanın(ə) mövludu həm də o həzrətin adına inşa edilən məscidin açılışı ilə bağlı təbrik deyən mərcei-təqlid məscidin İslamdakı rolu və əhəmiyyəti barədə danışıb. Ayətullah Məkarim Şirazi məscidin İslamda əhəmiyyətinə işarə edərək bildirib ki, məscidin İslam dinində əhəmiyyəti o qədər yüksəkdir ki, Hz.Rəsuləllah(s) Mədinəyə daxil olan kimi ilk iş ki görür məscid inşa etmək olur. Quba məscidini inşa edildikdən sonra Məscidun-Nəbini(s) inşa etdirir. Həmin məscid çox sadə idi və ilk əvvəl ancaq dörd divardan ibarət idi. Sonra həyətində xurma lifindən talvar qurulur. Amma buna baxmayaraq həmin məscid zalım dövlətləri sarsıtmağa və lərzəyə gətirməyə qadir bir məkan olmuşdur. Həmçinin məscid müsəlmanların hər şeyi idi olduğunu bildirən mərcei-təqlid deyib ki, orada namaz qılınırdı, ilahi hökmlər açıqlanırdı, Hz.Rəsuləllah(s) xütbə söyləyirdi, Quran ayələri əzbərlənirdi, ixtilaflar və qəzavətlər həll olunurdu və s. işlər həyata keçirilirdi. Amma zaman keçdikcə müsəlmanlar məscidlərə olan irtibatını azaltdılar və məscidlər yalnız namaz qılınmaq üçün məkana çevrildi. Buna görə bizim boynumuza vəzifə düşür ki, məscidləri öz ilk mövqeyinə, Məscidun-Nəbinin(s) tutduğu mövqeyə qaytaraq. Ayətullah Məkarim Şirazi daha sonra deyib ki, Quran və rəvayətlərdə buyrulur ki, məscidləri abadlaşdırın və qoruyun. Və bu təkcə zahirə aid deyil. Həmçinin məscidin mənəvi ab-havası da hifz olunmalıdır. Məscid bərabərliyi və qardaşlığı bərqərar etdiyindən məscidlərdə buna xələl gətirən bəhslərin və işlərin qarşısı alınmalıdır. Məscidlərdə camaat namazlarına xüsusi diqqət yetirilməlidir deyən Quran müfəssiri bildirib: Gündəlik namazlar zamanı məscidin qapıları açıq olmalı və bütün namazlar camaatla qılınmalıdır ki, bu da ilahi bərəkətin nazil olmasına səbəb olar. Bütün bunlarla yanaşı diqqət yetiriləsi başqa bir əhəmiyyətli məsələ məscid və məscidə gələnlərin təmiz və səliqəli olmalıdır. Çünki buna da diqqət yetirilərsə, başqalarını da məscidlərə cəzb etmək asan olar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2011 17:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |