إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Küveytdə Quranın əlyazma nüsxələri muzeyi təsis edilir

Küveytin Ədliyyə, Vəqflər və İslami işlər naziri bu ölkədə Quran-Kərim və Quran-Kərimin əlyazma nüsxələri muzeyinin açılacağı barədə xəbər verdi.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Küveytin Ədliyyə, Vəqflər və İslami işlər naziri  Yəqub əs-Sane, ölkəsində Quran-Kərimin əlyazma nüsxələri muzeyinin açılacağı barədə məlumat verərək - Bu muzeydə dünyanın müxtəlif ölkələrindən gətirilmiş Quran-Kərimin gözəl çap nüsxələri və həmçinin Quranın nadir və qədim əlyazma nüsxələri sərgilənəcəkdir.

Yəqub əs-Sane "Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 6-cı turunun açılış mərasimindəki çıxışında bildirib ki,bu muzeyin təsisinin hədəfi Küveyti dünyanın mədəniyyət paytaxtı və əsas mədəniyyət mərkəzlərindən birinə çevirməkdir.

Qeyd edək ki, "Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 6-cı turunun açılış mərasimi Mart ayının 30-da Küveytin "Karvan Blaza" hotelində keçirilmişdir. Bu yarışlara bu gündən start verilib və yarışların qalibləri gələn həftənin 3-cü günü Aprel ayının 10-da mükafatlandırılacaqdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2015  12:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!