|
• DünyadaABŞ Prezidenti- Xameneinin nüvə silahının haram olmağı ilə bağlı verdiyi fətva anlaşma üçün yaxşı mexanizmdirXameneinin nüvə silahının haram olmağı ilə bağlı verdiyi fətva anlaşmanın icrası və onun öhdəliyi barədə yaxşı mexanizmdir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Salamnews-un Al-Mayadeen-ə istinadla verdiyi məlumatda bildirilir ki, bunu ABŞ prezidenti Barak Obama Ağ evdə nüvə anlaşması ilə bağlı etdiyi çıxışda bildirib. ABŞ prezidenti İranın qoyulmuş şərtlərə əməl edəcəyi təqdirdə, ona qarşı tətbiq olunan bütün sanksiyaların tədricən götürüləcəyini, iranlılarla qarşılıqlı hörmət prinsipi əsasında danışıqlara davam ediləcəyini deyib. B.Obama Konqresi anlaşmanın əleyhinə çıxmaqdan çəkindirib, onun anlaşmanın tətbiqinə əngəl törədəcəyi təqdirdə, ABŞ-ın beynəlxalq arenada qınanılacağını bəyan edib. Bildirək ki, ABŞ prezidenti ötən gün nüvə anlaşmasının əldə edilməyindən sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon bağlantısında olub. ABŞ lideri Səudiyyə Ərəbistanı kralını körfəzdə yerləşən ərəb ölkələrinin təhlükəsizliyi barədə arxayın edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2015 11:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |