إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyalı rəsmi- "Əl-Nusra" qruplaşması İdlib şəhərinə Türkiyənin dəstəyi ilə daxil olub

"Əl-Qaidənin" ən radikal qolu olan "Əl-Nusra" İdlibi Türkiyə və İordaniyanın köməkliyi ilə alıb"

 

 

Ahlibeyt.az-ın  İnteraz-a istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyinə Suriya ordusunun yüksək çinli məmurlarından biri məlumat verib. Ordu rəsmisinin sözlərinə görə, İdlibin Əl-Qaidənin ən radikal qolu olan Əl-Nusranın əlinə keçməsində Türkiyə və İordaniyanın böyük rolu olub.

 

 

Adının gizli qalmasını istəyən ordu rəsmisi, terrorçuların həyata keçirdikləri əməliyyatların idarə edilərək planlaşdırılmasının birbaşa Türkiyə və İordaniyanın dəstəyi ilə yüksək hərbi texnoloji avadanlıqlar vasitəsilə həyata keçirildiyini söyləyib.

 

Verilən məlumatlara görə ordu şəhərin geri alınması üçün təxirəsalınmaz hazırlıq gedir.

 

 

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın məşhur telekanallarından olan CBS-yə verdiyi müsahibəsində Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanı kəskin şəkildə  tənqid və ölkənin daxili işlərinə müdaxilədə  ittiham etmişdi. Bəşər Əsəd onu da bildirmişdi ki, Ərdoğan özünün sanki yeni dövrünün sultanı olacağını düşünür.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2015  12:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!