إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ali Səud bizim vəliyyi-əmrimiz deyil

Ayətullah Baqir əl-Nimr Ali Səud rejimini son günlər Səudiyyənin şərqində rejim tərəfindən öz haqqlarını tələb edən şiələrin dinc aksiyalarını vəhşicəsinə dağıtmasını sərt tənqid edib və bldirib ki, bu dirəniş və müqavimət davam edəcəkdir.

Ayətullah əl-Nimr deyib:" Biz zorakılıq və münaqişə ilə yox, imanımız, iradəmiz və dirənişimizlə repressiv rejimin müqabilində dayanacağıq. Bizim polad iradəmiz dəmir əlləri sındırana qədər davam edəcək və sinələrimiz həmişə imanla dolu olacaqdır. Biz bu dünyada saleh insanlar olaraq yaşayıb və azad insanlar kimi öləcəyik amma heç vaxt zülmə boyun əyməyəcəyik".

Səudiyyə şiələrinin yüz ilə yaxındır ki, əmin-amanlıqda və firavanlıqda ömür sürmədiklərini deyən Ayətullah əl-Nimr deyib ki, mənim əllidən çox yaşım var amma doğulandan bu günə qədər heç vaxt özümü təhlükəsiz hiss etməmişəm və hər an həbs olunmaq təhlükəsini yaşamışam.

Zalımı, diktatoru heç vaxt vəliyyi-əmr hesab etməyəcəklərini bildirən Cümə xətibi deyib ki, Ali Səud bizim vəliyyi-əmrimiz deyil ki, biz ona itaət edək. Bizim vəliyyi-əmrimiz Allah, Peyğəmbər(s), onun pak Əhli-Beyti(ə) və onlardan sonra İslam bayrağının ələmdarı olan alimlərdir. Zalım dövlətin heç bir vilayəti yoxdur. Çünki Allahın təyin etmədiyi hakimə itaət etmək Quran nəssinə əsasən Allahdan başqasının rəbbliyinə etiqad bəsləmək və özünə başqa rəbb qərar verməkdir.

Ali Səudun şiələrin aksiyalarını İrandan diqtə edilməsi barədə ittihamına münasibət bildirən Ayətullah əl-Nimr deyib ki, 1978-ci ildə xüsusi təyinatlı polislər Aşura mərasimində iştirak edənlərə hücum etdilər və xalq buna dirəniş göstərdi və qiyam etdi. Həmin zaman hələ İranda İslam inqilabı baş verməmişdi. Bəlkə o qiyamın da İranla irtibatı olub?

Keçən Cümə xütbəsində olduğu kimi bu xütbəsində də Bəhreyn xalqını müdafi edən Şeyx Baqir əl-Nimr bəhreynlilərlə bağlılığın daha da artacağını bildirərək deyib ki, biz hazırıq onlarla birlikdə həbs edilək və onların müdafiəsində qanımızı axıdaq. Bəhreyn xalqı bizim qardaşımızdır və biz onların müdafiəsi uğrunda son nəfəsədək mübarizə aparacağıq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2011  04:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!