|
• DünyadaUNESCO Yəməndə İslam və Mədəniyyət irsinin qorunmasını tələb etdi UNESCO-nun icraçı katibi İrina Bokova dünən, 27 mart, Yəmən əleyhinə hərbi təcavüzdə iştirak edən ölkələrdən bu ölkədə İslam və Mədəniyyət irsinin qorunmasını tələb etdi.
Ahlibeyt.az-ın UNESCO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, UNESCO-nun icraçı katibi İrina Bokova dünən, 27 mart, Ərəbistanın dəstəyi ilə Yəmən əleyhinə həyata keçirilmiş hərbi təcavüzə münasibət bildirərək, Yəmənə hava hücumları ilə hərbi təcavüzdə iştirak edən ölkələrdən bu ölkədə İslam və Mədəniyyət irsinin qorunmasını tələb etdi.
UNESCO-nun icraçı katibi : "Ölkələrin mədəni irsinin qorunması vətəndaşların milli kimliyinin qorunması, gələcəyin tarixi və mədəni zənginliyi və barış içində yaşayacaq bir gələcəyin qurulması üçün zəruridir."
İrina Bokova həmçinin Yəmən mədəni irsinin yüz illər boyunca İslam mədəniyyəti, tarixi və təfəkkürünün daşıyıcısı olmasını vurğulayaraq əlavə etdi: Buna görə bu hərbi təcavüzdə iştirak edən bütün tərəflərdən tələb edirik ki, Yəmənin qiymətli mədəni irsini qorumağa çalışsınlar.
Qeyd edək ki, keçən cümə axşamı günündən etibarən Səudiyyə Ərəbistanı HHQ(Hərbi Hava Qüvvələri) Yəmənin paytaxtı Sənaya və digər məntəqələrə hərbi təcavüz etmiş və bunun nəticəsində yüzlərlə günahsız mülki vətəndaş öldürülmüş və yaralanmışdır.
Bir sıra ölkələr, o cümlədən İran,Rusiya İraq, Suriya və Livan bu hərbi təcavüzün dərhal dayandırılmasını tələb etmişlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2015 15:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |