إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanı və korfəz ölkələri Yəmən paytaxtında Husilərin mövqelərini vurub, onlarla ölən var

Yəməndə husi inqilabçılarının və onlara tərəfdar olan bəzi ordu qüvvələrinin ölkənin ədən şəhərini tutmasından sonra Səudiyyə Ərəbistanı paytaxt Sənada hava limanlarına və hərbi qərargahlara hava zərbəsi endirib.

Ahlibeyt.az-ın SalamNews - a istinadən verdiyi xəbərə görə, Al-Alam telekanalının məlumatında bildirilir ki, Səudiyyə Ərəbistanın hava zərbələri Yəmən paytaxtında hava limanı və əd-Duleymi hərbi qərargahını və prezident sarayını hədəfə alıb. Məlumata görə, burada onlarla ölüb və yaralanıb.

Paytaxt Sənada havadan müdafiə qüvvələri Səudiyyə Ərəbistanın iki hərbi təyyarəsini vurub saldığını bildiriblər.

Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirliyi Yəmənə edilən müdaxilənin bu ölkənin qaçmış prezidenti Abdu-Rabbih Mansur Hadinin müraciəti ilə əlaqələndirib. Rəsmi ər-Riyad bildirib ki, ABŞ hökuməti də bu müdaxilədə onunla həmkarlıq edir.

Məlumata əsasən, Qətər hökuməti bu hücumda 10 qırıcı, Küveyt 15, İordaniya altı, Mərakeş altı, Sudan üç, Səudiyyə Ərəbistanı isə 100-ə yaxın hərbi təyyarə və 150 min döyüşçü ilə iştirak edir. Pakistan, Misir və Mərakeşin hərbi gəmiləri də bu hücuma cəlb olunub.

Körfəz Əməkdaşlıq Təşkilatına üzv olan ərəb ölkələrinin bəzi quru qüvvələri hücum məqsədilə paraşütlərlə Yəmənin Ədən şəhərinə enib.

Bildirək ki, istefasını geri götürmüş Abdu-Rabbih Mansur Hadiyə müxalif olan husilər və sabiq prezident Əli Abdullah Salehin tərəfdarları Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin təcavüzünə lazımi cavab verəcəklərini bəyan ediblər

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Mart, 2015  11:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!