إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Hüseynə (ə) ağlayan vəhhabininn öz dilindən həyat hekayəsi...

Əhlibeyt nuru ilə hidayət hər kəsə nəsib olmur. Lakin xüsusi nəzər olduqda hətta Əhlibeyt məktəbilə düşmən olan şəxs belə batil yolundan dönərək haqq yolu seçə bilir. Belə şəxslərdən biri vəhhabi imamı olan Salman Həddadidir.

Ahlibeyt.az Islamazeri-yə istinadən Salman Həddadın Tebyan-a verdiyi müsahibəni təqdim edir

Zəhmət olmasa özünüz haqda və necə şiə olduğunuz barədə məlumat verin.

-Adım Salman Həddadidir,1982 ci ildə Kürdüstanın mərkəzi Sənəndəc şəhərində dünyaya gəlmişəm. Atamın təşviqi ilə məktəbdə oxuduğum müddətdə, dini dərslər də alırdım. Məktəbi bitirdikdən sonra təhsilimi Zahidan şəhərində davam etdirdim. 3 ildən sonra Pakistana gedib orada xətiblik və təbliğ usulları təhsili aldım. Orada mütəxəssislər tərəfindən dərslər keçirilir, 5-10 dəqiqə ərzində bir şəxsi şübhəyə salıb vəhhabi əqidəsinə çəkməyin yolları öyrədilirdi. Tələbəlik dövründə Mehdi Rza adlı bir şiə ilə dostluq edirdim,çox imanlı və xoş əxlaq idi. Həmişə ona deyərdim heyif deyilmi sənin kimi əxlaqlı biri şiə əqidəsinə malik olsun? O da gah əsəbli olar,susardı,gah da deyərdi:  "Səndən də heyif olsun ki sələfisən."

Bizim dostluğumuz 4 il sürdü. Kirmanşah şəhərində idik, bir gün mənə dedi ki o 60-a qədər kitab vermisən, oxumuşam, heç olmasa sən də bir dəfə gəl bizim İmam Hüseyn üçün təşkil  etdiyimiz məclisdə iştirak et. Mən ona etiraz edib dedim:  "Sən nə danışırsan? mən sizin küfr məclisinizdə  iştirak edim?"  O isə dedi:  "Sən bircə dəfə gəl,yaxından gör."  Çox israr edəndən sonra razı oldum.

Nəhayət Aşura günü dostumla birgə həmişəki kimi uzun saqqal və ruhani libası ilə  məscidlərinə daxil oldum. Çox əsəbli halda əyləşib istiğfar (tövbə) etməyə başladım. Bir az keçmişdiki bir seyyid minbərə çıxıb xütbə oxumağa başladı. Söhbət əsnasında belə bir söz dedi ki, sizlərdən kim ailə uşaqlarının düşmən əlində əsir olacağını bildiyi halda Allah yolunda, islam uğrunda öz canından keçər? Əziz övladlarını və qardaşlarını din uğrunda şəhid verəcək bir qohumunuz varmı?  Ətrafınızda tanıdığınız belə bir qəhrəman varmı? Ancaq İmam Hüseyn(əs) heç bir tərəddüd etmədən bütün bunları etdi. Özünün,övladlarının canından keçdi, biz belə bir qəhrəmanı yad etmək üçün burdayıq. Bu sözlər məni çox təsirləndidi. Özümdən aşlı olmayaraq gözümdən yaş gəldi. Nə qədər düşündüm, sevdiyim insanlar arasında və ətrafımda Hüseyn (ə) kimi bir qəhrəmanın olduğunu görə bilmədim. Məclisdə mərsiyyələr deyilirdi, cavanlar sinə vururdular. Mən onlara qoşulmasamda çox İmam Hüseynə çox ağladım. Bizim məzhəbdə İmam Hüseynin (ə)  tanınmasına imkan verilmədiyinə görə çox narahat idim. Çox soyuqqanlı olmuşdum. Hətta özümü də çox qınayırdımki bu vaxta qədər niyə mən Hüseyni tanımamışam. Lakin uşaqlıqdan bizə şiələrin batili haqq kimi göstərdiklərini dediklərindən, həmişə şiə əqidəsini batil etməyə çalışmışam. O gündən başlayaraq 4 il ərzində maliki, hənbəli, şafei və hənəfi məzhəbini yenidən ciddi surətdə mütaliə edib araşdırdım,hətta məsihiyyət, zərtüşt və satanizmlə də yaxından marağlandım. Onların alimləri ilə söhbət edib kitabların mütaliə edirdim, lakin bunlar heç biri məni razı sala bilmədi. Məni daha çox cəlb edən və düşündürən Şiə məzhəbi idi ki,bu məzhəbi araşdırmaq üçün Qum şəhərinə yola düşdüm. Orada böyük alim Məhəmməd Təqi Behcətin dəftərxanasına gedib öz şübhə və suallarıma cavab istədim. Onlar məni çox təmkin və məhəbbətlə dinləyib suallarımı cavablandırdılar. Sonradan bu məzhəb haqqında daha çox məlumat əldə etmək üçün "Əl-Müraciat" və "Pişavər gecələri" adlı kitabları mütaliə etməyə başladım. Mütaliə edərkən ordakı göstərilən qaynağları   Əhli-sünnə kitablarında axtarıb doğru olub olmamasına əmin olmaq istəyirdim. Bu vaxt ərzində mən çox heyrətə gəlirdim. Düşünürdüm ki, nəyə görə mən bu neçə illər ərzində bu rəvayətləri görüb üstündən keçmişəm və yaxud alimlərdən soruşduqda bunun üstündən keçib və ya bəhanə gətiriblər. Məsələn deyərdilər ki “bu fəzilətdir rəzalət deyil”halbuki 6 ay bu iki kitabın mətləblərini araşdırdım, bütün dəlillərin doğru olduğunun fərqinə vardım və belə bir sualı özümə verirdim ki, Şiələr bu qədər bizim kitablardan dəlillər gətirirlər, görəsən yenə də onları küfr və şirkdə ittiham etmək olarmı? Özüm özümlə çox düşündüm ki, şiə əqidəsi haqdır, bu mənə aydın olub, lakin mən necə dönüb şiə olum?. Bəzən şiə olduqdan sonra məni gözləyən çətinlikləri düşünürdüm. Nəhayət şiə oldum və bundan sonra “şiəlik həqiqətdirmi?”adlı bir kitab yazdım. Bu kitabda əhli-sünnə qaynaqlarından şiəliyin haqq və düzgün olması barədə çoxlu dəlillər gətirdim. Bu kitabın nəşrindən çox keçməmişdi ki, onu gətirib atama göstərdilər.Atam çox əsəbli halda mənimlə söhbətə başlad

Mənə dedi:  -Salman,sən şiə olmusan?

Cavabında dedim:  -Əgər Allah qəbul etsə.

Atam dedi:  -Salman, onlar səni aldadıblar.

-Atacan,mən bir ömür camaata demişəm ki,şiələr sizi yoldan çıxartmasın,indi siz mənə  onlara aldanamağımı deyirsiz?

Çox uzun uzadı söhbət etdik, Səhih-Buxari və Müslimdən istifadə edərək atama şiəliyin haqq olmasını sübut etdim. Bu vaxt ərzində atamın və mənim dostlarım da gəlib bəhsimizə müdaxilə edirdilər, Allahın köməyi ilə onları da susdurmağı bacardım. Mən həmişə Kürdüstan,Sənəndəc və Pakistanın qatı sələfilərinin mərkəzi olan dini ocaqlarda təhsil almışam. Şiələrin əhatəsində olmamışam, alimlərindən dərs almamışam ki siz məni onların təsirinə düşməkdə ittiham edəsiz. Sizinlə etdiyim söhbətlərin hamısı sizin öz mötəbər kitablarınızdandır.

Beləcə 6 ay mən Əhli-sünnənin 18 nəfər alimləri ilə bəhslər etdim.Onlardan çoxunu Allahın lütfü ilə Şiə əqidəsinə gətirdim.  Mən ancaq onların kitablarından səhih hesab etdikləri rəvayətlər gətirər, heç vaxt zəif sayılan rəvayətlərdən istifadə etməzdim. Onlar hər vaxt sonda bacarmadıqlarını görüb söyüş söyər, böhtan və iftirta atardılar. Belə bir halda məni gülmək tutardı, neçə illər bizə öyrətmişdilər, hər zaman ki tərəf müqabilinizlə bacarmadınız,məsxərə və iftira ilə sözdən yayının, imkan verməyin sizə qalib olsunlar.İndi isə mənim özümlə bu usuldan istifadə artıq mənim bu söhbətlərlə dönməyəcəyimi və bəhslərin xeyri olmadığını gördükdə, atam   məni başqa yollarla tutduğum yoldan döndərməyə çalışırdı.

O bir gün dedi:  -Salman,maşının hansı modeldi?  - Xantia- olduğunu dedim.

-Bu maşını at kənara, Sənin üçün yeni "Maxima" alacam,amma bu şərtlə ki şiəlikdən əl çək!

Dedim ki,  heç bir şey istəmirəm,mənim üçün maddiyyat heç önəmli deyil.

Beləliklə 6 ay məni təhqir və əziyyət etdilər,səbr etməkdən başqa çarəm yox idi. Həyatım çox  çətinləşmişdi. Həyat yoldaşımla Kürdüstanda tanış olmuşduq. əvvəl sünnü məzhəbindən idi, sonradan o da şiə məzhəbini qəbul etdi. O hamilə olduğu üçün müəyyən problemlərlə rastlaşdıq. Ona bildirdim ki çıxış yolumuz bu şəhərdən getməyimizdir və qərara gəldim ki Urmiyyə şəhərinə iş axtarmağa gedim,sonradan ev kirayə etdikdən sonra geri qayıdaraq onu da özümlə aparım.   Bir neçə gün sonra hazırlıq edib evdən çıxdım. Həyat yoldaşım məni yola salmaq üçün küçənin başına qədər gəlmək istədiyini dedi. Mən razı olmasam da çox israr etdi. Bu vaxt atam yolumu kəsdi və əlində olan ağacla başıma vurmağa başladı. Zərbələrin ağırlığından özümdən getdim və sonra nə baş verdiyini xəstəxanada 3 gündən sonra özümə gəldikdə bilmişəm. Həmin başıma dəyən zərbələrin təsirindən dilim topuq vurur.(indiyə qədər buna görə dərman qəbul edirəm)  Mən yerə yıxıldığım vaxt atam bıçaqla qolumun damarlarını kəsmişdi. Həyat yoldaşım məni müdafiə etmək üçün irəli atılsada,atamın adamlarından biri onun   qarnına ayaq zərbəsi vurmuşdu, nəticədə 4 aylıq körpə siqt oldu. Allaha çox şükür olsun həmin səhnələri görmədim. Qonşular təcili yardıma xəbər vermişdilər...

Gecə ikən xəstəxanadan qaçdıq. Özümüzü çox çətinliklə Urmiyaya çatdırdıq. Orada bir dostum var idi, onu tapdıq. Başımıza gələnləri danışıb kömək etməsini istədim. Marağlı idi ki,dostum Əhli-sünnə olsada bu məzhəbdən heç bir anlayışı yox idi,hətta namazların rükət saylarını bilmirdi,lakin mənim şiə məzhəbini qəbul etdiyimi bildikdən sonra qapını üzümüzə bağladı...  Bundan sonra uşağı siqt olmuş xəstə xanımımla parkda,oturacaqlarda gecələdik. Az miqdarda pul ilə özümüzü Qum şəhərinə çatdırdıq. Orada kimsəni tanımadığımdan 45 gün Cəmkəranda qaldıq. Çox aclıq və əziyyətlə keçirdi günlər. Bu çətin günlərdə bizə asandlıq verən İmam Hüseyn(əs) Əhli-beytinin əsirlikdə çəkdiyi əzab-əziyyətləri düşünmək idi, Cəmkəranda qaldığımız müddətdə nə pulumuz var idi, nə qalacağımız bir yer. Hətta ayaqqabılar da cırılmışdı. Hər gün ya nəzir olaraq verilən yeməklərlə yaxud da ziyarətə gələn heyətlərin verdiyi ehsan süfrələri ilə günümüzü keçirirdik. Gecələr karton üzərində yatardıq. Bir gün neçə vaxt idi bizi izləyən mühafizəçilərdən biri yaxınlaşıb: "Siz kimsiz və neçə vaxtdı burada nə üçün qalırsız?" deyə soruşdu və sənədlərimizi istədi.

Sənədimi təqdim etdim. Sənəndəc sakini olduğunu bildikdə soruşdu ki, burada nə edirsiz? Bu nə vəziyyətdir?

Dedim "Biz şiə məzhəbini qəbul etmişik, buna görə də yaxınlarmız tərəfindən zülmə məruz qalmışıq".

Dedi: "Yaxşı, bəs bu nə haldı? Qalmağa yeriniz yoxdurmu?"

Utandım nəsə deməyə, başımı aşağı dikdim. O bizdən uzaqlaşdı və bir azdan geri döndü,əlindəki pulu uzadıb dedi:  "Al bu otuz min tüməni, hələlik bununla keçinin,sonrası Allah kərimdir."   Mən pulu almaq istəmirdim.  O isə dedi: "Biz şiələr qeyrətsiz deyilikki namusumuz küçələrdə yatsın, biz isə buna laqeyd qalaq."

Pulu götürdüm və Məsumə xanımın hərəminə getdik ,Xanım Məsuməyə təvəssül etdik. Bir müddət həmin pulu çox qənaətlə xərclədik. Gün ərzində bir dəfə yeməklə kifayətlənirdik. Bir gün hərəmin xadimlərinə yaxınlaşıb dedim ki, biz dilənçi deyilik. Bizim başımıza gələnlər əqidəmizə görədir. Neçə vaxtdır ki bu şəhərdəyik, kimsədən kömək istəmədik, aylarla Cəmkəranda yer üzərinə karton sərib yatdıq, günlərlə təkcə su ilə aclığımızı yatırdıq. Tək özüm olsaydım yenə də səbr edərdim amma xanımın bundan artıq əziyyət çəkməsinə razı deyiləm. Burada sizin qonağınızıq, müəyyən köməklik göstərin bu durumdan çıxa bilək.

Hərəmin xadimi bizi hərəmin yaxınlığında yerləşən Ayətullah seyid Əli Xameneinin dəftərxanasına apardı. Orada bir məsul işçi ilə görüşüb başımıza gələnləri danışdım. O bizim  vəziyyətimizi görüb təsirləndi və dedi ki, Qumda qalmaq fikriniz varsa sizə kömək edərik. Mən Məşhəd şəhərinə getmək və orada bir müddət qalmaq istədiyimizi bildirdim.   Sonra bizə müəyyən qədər pul verib Məşhəd şəhərinə getməyimiz üçün köməklik etdi. Getdik Məşhədə, bir ev kirayə tutduq. Təqribən üç ilə yaxın müddətdə Məşhəd dini hövzəsində təhsil aldıqdan sonra yenidən Qum şəhərinə qayıtdıq və tələbə dostların köməyi ilə orada yerləşdik.

Şiə məzhəbini qəbul etdikdən sonra sizin üçün yadda qalan ən şirin xatirə nə olmuşdur?

O vaxt Cəmkəranda olduğumuzda çox çətinlikdə idik, bizə otuz min tümən verən insanı heç unutmadıq, həmişə gözüm o şəxsi axtarır ki,onu tapıb yenə təşəkkür edim. Onun bu yaxşılığı bizim üçün çox böyük biz yaxşılıq idi, çox çətin bir vəziyyətdə olduğumuz vaxt dadımıza çatdı.  Başqa bir xoş xatirə də budur ki, Xanım Zəhranın şəhadəti ilə bağlı keçirilən məclisdə Xanım Zəhraya təvəssül edərək Allahdan iki şey istədim, Kərbəla ziyarəti və övlad.

Bir həftə sonra məsciddə tanıdığım bir şəxs mənə yaxınlaşıb dedi, axşam yuxuda səni və xanımını gördüm, İmam Hüseyn(əs) məclisində məclis əhlinə çay paylayırdız, bunu özüm üçün belə təbir edirəm gərək sizi Kərbəla ziyarətinə göndərim. Bir neçə həftədən sonra həmin şəxs bizi Kərbəla ziyarətinə göndərdi. Ziyarətdən qayıdarkən yolda məlum olduki xanımım hamilədir. Halbuki atam xanımın qarnına təpiklə vurduğu üçün uşaq öldüyünə görə həkimlər deyirdilər ki, sizin heç vaxt uşağınız olmayacaq. Neçə illərdən sonra həm Kərbəla ziyarətinin həm də övlad olacağı xəbərinin sevincini yaşadıq.

Şiə olmadan öncə sizin İmam Əliyə(ə) baxışınız necə idi?

Şiə olmadan öncə İmam Əli(əs)nin çöhrəsi təsəvvürümdə adi bir insan kimi idi, düşünürdümki Müaviyə ilə savaşmaqla səhvə yol vermişdir. Şiə olduqdan sonra, mütaliə və tarixi mənbələrə yenidən baxmaqla bunu anladım ki, O həzrət haqqında hər nə qədər gözəl sözlər danışılsada, hətta Onun dilindən zəif rəvayətlər nəql edilsədə qəbul edirəm. İndi O həzrətə qarşı sevgim sonsuzdur.

-İmam Əli(ə)ı bir cümlədə vəsf etmək istəsəniz nə deyə bilərsiz?

O həzrəti bir cümlə ilə vəsf etmək qeyri mümkündür, sizcə okean haqqında bir cümlə ilə danışmaq mümkündürmü?

Vəhhabi olduğunuz zaman həmin Aşura gecəsi İmam Hüseyn(əs) üçün ağladınız, düşünürsüzmü ki bu hadisə sizin nicat tapmağınıza səbəb oldu?

Həmin məclisdə xətibin sözlərindən çox təsirləndim və ağladım. Sonra evə getdim, səhərə qədər düşünüb ağladım. Çox qəribə hisslər idi. İmam Hüseynin(əs) nicat gəmisi və hidayət çırağı olması haqqında deyilən kəlam necə də doğrudur. Artıq bu dörd il ərzində şiə məzhəbi və Əhli-beyt məktəbi ilə o qədər dərindən marağlanıb   araşdırma aparmışam ki,zərrə qədər də olsun şübhəm qalmayıb.

-Şiə məzhəbinə gəlmədən öncə  İmam Əli(əs) və Xanım Zəhra(s) fəzilətinə aid hədislərə rast gəlmişdinizmi?

Bütün səhihlərdə təqribən 28 rəvayət vardırki onların ravisi İmam Əli(ə), bir rəvayətin ravisi isə Həzrət Zəhra(s)dır. Ümumiyyətlə sələfi alimləri O şəxslərin fəzilətləri haqda olan hədisləri bizlərdən gizlədir, digər səhabələrə dair çoxlu rəvayətlər danışar, tədris edərdilər. O qədər bu davam edirdi ki, bizə də təsir qoyurdu və mən də xütbələrimdə məhdud sayda səhabələrdən danışmağa üstünlük verərdim.

-Əhli-beyt məktəbində ən çox hansı cəhətlər sizi marağlandırır?

Çoxlu dinləri və məzhəbləri araşdırmışam. Əhli-beyt(əs) məktəbində olan ruh heç birində yoxdur. Həm təbərra və həm təvəlla vardır bu məzhəbdə.(Allahın dostları ilə dost,düşmənləri ilə düşmən olmaq). Bu məktəbdə eşq vardır. Peyğəmbər(s) və ailəsinə eşq vardır. Bu eşq insanı saflaşdırır, Allaha gözəl ibadət və itaəti də bu məktəb öyrədir.  İnsanlara qarşı mərhəmətli olmağı da bu məktəb ən doğru şəkildə öyrədir. Bu məktəbin müəllimləri Peyğəmbər(s),Xanım Fatimə(s),İmam Əli(əs) və vladlarıdır. Bunlar heç bir dində, heç bir məzhəbdə yoxdur!

-Bizdə olan məlumata görə, sizin övladınız dünyaya gələrkən də qeyri adi hadisə baş vermişdir...

Bəli, qızımın dünyaya gəlməsinə iki həftə qalmış, həkim dedi ki,qızınızın çəkisi 700 qramdır. Çox ehtimal doğulduqdan sonra yaşamayacaq. Biz həmin axşam Xanım Zəhraya həm təvəssül etdik həm də şikayətimizi o xanıma bildirdik.  Dedim "Ey Peyğəmbərin əziz balası, bizim başımıza gələnlər sizin vilayətinizə görədir. Xanımım bir uşağını itirdi, zülmə məruz qaldı, indi də bu uşaqda qüsur var. Allahdan istəyin uşaq sağ-salamat doğulsun və qüsurlu olmasın, həyatda qalsın.

Həmin gecə xanımım yuxudan oyandı, gözəl bir yuxu gördüm, Xanım Zəhra(s) yuxuma gəlib uşağın sağlam olacağı müjdəsini verdi.  Uşaq həqiqətən də dünyaya sağlam olaraq gəldi. Çəkisi 2700 qram idi. Indi də Fatimə balamız çox sağlam vəziyyətdə bizimlədir.   -

Gələcək üçün planınız nədir?  Fəqət Əhli-beyt(əs) məktəbinin daha da dirçəlməsi üçün çalışıram. Həmişə də bu sahədə çalışacağam. Əhli-beyti(ə) bizə Allah Təala, Quran və Peyğəmbər(s) tapşırıb. 14 Məsum bütün dünyaya çatdırılmalı,bunların gözəl həyat tərzləri bütün insanlara nümunə olmalıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Mart, 2015  12:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!