إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstan müsəlmanları xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı mərasim keçirir

Gürcüstan müsəlmanları Xanım Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar əza məclisləri keçirilir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Bütün Gürcüstan Müsəlmanları İdaərsinin məlumatında bildirilir ki,Həzrəti Zəhra(s.ə)nın şəhadət günləri ilə bağlı mərasim Tbilisi yaxınlığındakı Əhli-beyt (ə) məscidində baş tutub.

Məclisddə axund Rahid Kərimov, BGMİ-nin Kvemokartli bölgəsi üzrə nümayəndəsi Qurban Murquzov Xanım Zəhranın (s.ə) fəzilətindən və o xanımın həyat tərzi ilə bağlı örnəklərdən söhbət açıblar.

Qeyd olunub ki, Peyğəmbər (s) onu “Analar anası”, “Xanılmlar xanımı”, “Ciyər parəsi” adlandırıb. Xanım Zəhra (s.ə) Xanım Zeynəbin (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) anası, İslam aləmində böyük nüfuza malik bir qadın olub.

Sonra məclis Əhli-beyt Məddahı Ceyhun Müəzzinin rövzəsi ilə davam edib .

Qeyd olunur ki, növbəti mərasimin martın 18-də Tbilisi "Cümə" məscidində keçiriləcəyi nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2015  12:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!