|
Azərbaycanda “Quran” motivləri əsasında hekayə - MüsabiqəsiAzərbaycan Yaradıcılıq Fondu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edir.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Yaradıcılıq Fondundan Qafqazinfo-ya məlumat daxil olub. Layihə - Qurani-kərimin gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.
Müsabiqənin şərtləri:
1) Müsabiqəyə təqdim edilən hekayələrin sujeti və ideyası Qurani-kərim motivləri əsasında olmalıdır; 2) Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır; 3) Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir;ayfondu@gmail.com 4) Hekayələr qəbulu üçün son gün 15 aprel 2015-ci ildir. 5) Müsabiqədə yaş məhdudiyyəti yoxdur. Mükafatlandırma: Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq.
Birinci yer – 700 azn İkinci yer – 500 azn Üçüncü yer – 300 azn Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcək. Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Nəşr edilmiş antologiya Respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2015 16:26 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |