|
• DünyadaKəbə imamı vəzifəsinə geri qaytarıldıSəudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz növbəti qərarı ilə bütün dünyanın diqqətini cəlb edib. Ahlibeyt.az-ın Anspress-ə istinadla verdiyi xəbərə görə, Misirdəki xunta hökumətini tənqid etdiyi üçün sabiq kral tərəfindən işindən uzqalaşdırılan Kəbənin imam xətibi Səud əş Şureym vəzifəsinə geri qaytarılıb. Bundan əvvəl isə Salman bin Əbdüləziz vəzifəyə gələn kimi Misirdəki hərbi dövlət çevrilişini dəstəkləyən Krallıq Divanının sədri Xalid ət Tuveycrini istefaya göndərmişdi. Politoloqlar hesab edir ki, əş Şureymin vəzifəsinə qaytarılması Misirdə rejimin dəyişilə biləcəyinin işarəsidir. Bu, həm də Səudiyyə Ərəbistanının siyasi baxışında baş verəcək bəzi dəyişikliklərin xəbərçisidir. Xatırladaq ki, Kəbə imamı şeyx Səud əş Şureym Misir təhlükəsizlik qüvvələrinə səslənərək “Rabia” və “Nahda” meydanlarında aksiyaçıların döyülməməsini tələb etmiş, əllərini müsəlman qanına batırmamaları istiqamətində onlara Twitterlə xəbərdarlıq etmişdi. Bundan sonra S. Ərəbistanı rəhbərliyi Şureymi tutduğu vəzifədən uzaqlaşdırmışdı. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2015 12:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |