إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

HƏMAS hərəkatından İŞİD təkfirçi-terror qruplaşması ilə birləşmə xəbərinə təkzib

Misir mətbuatının məlumat yayıb ki, yaxın saatlarda HƏMƏS təşkilatı İŞİD terror təşkilatına qoşulmaq barədə qərarını elan edəcək. Musavat.com xəbər verir ki, bu zaman nəşr “Müsəlman qardaşları”nın gənclər qanadının sosial şəbəkələrdə yaydığı məlumata əsaslandığını bildirib.

Fələstinin HƏMAS təşkilatı Misir mətbuatı tərəfindən yayılmış xəbəri təkzib edərək bu məlumatın təxribat xarakterli olduğunu və Fələstin Müqavimət Hərəkatını(HƏMAS)gözdən salmağa hesablanmış olduğunu bildirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Müqavimət Hərəkatının mətbuat xidmətindən İslamNews agentliyinə bildiriblər ki,təşkilatın hədəfi yalnız işğal olunmuş Fələstin torpaqlarının azad olunmasıdır və hərəkat heç bir digər məqsəd hədəfləmir.

Qeyd edək ki, Misir mətbuatı məlumat verib ki, yaxın saatlarda HƏMƏS təşkilatı İŞİD terror təşkilatına qoşulmaq barədə qərarını elan edəcək. Musavat.com xəbər verir ki, bu zaman nəşr “Müsəlman qardaşları”nın gənclər qanadının sosial şəbəkələrdə yaydığı məlumata əsaslandığını bildirib.

Xəbərdə qeyd olunub ki,“Müsəlman qardaşları” iddia edir ki, HƏMƏS İŞİD lideri, “xəlifə” Abu Bəkr əl-Bağdadiyə biyət andı içəcək – hansı addımı ki, artıq Yəməndəki, Liviyadakı və Misirdəki qruplaşmalar atıb.

Məlumatda bildirilib ki,Fələstin qruplaşmasının İŞİD-ə qoşulması üzrə danışıqları HƏMƏS Siyasi Bürosunun başçısı Xalid Maşal tərəfindən aparılıb

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2015  11:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!