|
• DünyadaGürcüstanda azərbaycan dilində 2 dini dərs vəsaiti hazırlanıbGürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Elmi-Dini Heyətinin qərarı ilə azərbaycanca iki dini dərs vəsaiti çap edilib. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə GMİ-nin sədri Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə, birinci - “Quranın dili” adlı 72 səhifəlik irihəcmli kitabda ərəb əlifbası, 30-cu cüz və İlahi kitab barədə sual və cavablar dərc olunub. İkinci - “Din təlimi” adlı 256 səhifəlik A4 formatda nəşr olunan kitab, islamın əqidə üsulları, dini-şəri hökmləri, islam tarixi (Peyğəmbər (s) və xanım Fatimeyi Zəhranın (ə), imam Əlinin (ə) və digər imamların həyatı) və İslam əxlaqından bəhs edir. Məscid, mədrəsə və digər ibadət məkanlarında gənc və yeniyetmələr səviyyəsində birillik Quran kursu və din təlimi proqramı üçün tədris materialı kimi nəzərdə tutulan dərsliklər gələn həftə 85 axund və din xadiminin iclasında şagirdlərinin sayına görə onlara təqdim olunacaq. Artıq Quranı ərəb dilində üzündən oxuya bilənlərə isə GMİ tərəfindən ərəbcə Qurani-Kərim hədiyyə olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2015 17:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |