إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən terrorizm və radikalizmlə mübarizə üçün layihə hazırlanır

İslam Əməkdaşlıq Təşkilatının(İƏT) sözçüsü bu təşkilata üzv olan İslam ölkələrində terrorizm və radikalizm ilə mübarizə üçün layihə hazırlandığı və proqram tərtib olunduğu barədə məlumat verib.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatının sədri Əyyad Mədəni  müsəlman ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ciddədəki icra komitəsinin "İslam dünyasında terrorizm və radikalizm ilə mübarizə"şüarı  ilə keçirilən iclasında öz çıxışı zamanı qeyd edib ki; "Terrorizm bütün bəşəriyyətin təhdid edən bir düşməndir, heç bir sərhəd və hədd tanımır, irqi və dini yoxdur. Bu vəziyyət yalnız hərbi güc və təhlükəsizlik qüvvələri tərəfindən məhv edilə bilməz".

İ.Mədəni əlavə edib ki, "Terrorizm və radikalizm ilə mübarizə aparmaq üçün siyasi, ictimai, iqtisadi və digər amillər və cəhətlər araşdırılmalı və problem çözülməlidir".

İslam Əməkdaşlıq Təşkilatının sözçüsü Tarix Büxeyt  bu barədə bəyan edib ki, İslam Əməkdaşlıq Təşkilatı terrorizm və radikalizm ilə mübarizə üçün bu iclasda bu təşkilata üzv ölkələrdə və bütün dünyada icra oluna biləcək bir iş proqramı hazırlayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2015  14:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!