إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəşər Əsəd:Suriya İŞİD-ə qarşı koalisiyaya qoşulmayacaq-"Terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik"

Suriya prezidenti Bəşər Əsəd İŞİD-ə qarşı koalisiyaya qoşulmayacaq. Bəşər Əsəd BBC-ə müsahibəsində belə deyib: "Yox, qətiyyən yox. Bizim belə istəyimiz yoxdur və olmayacaq da. Bircə sadə səbəbə görə - terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik".

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, Suriya prezidenti BBC-yə müsahibəsi zamanı İŞİD qruplaşmasına qarşı mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan mesajlar aldığını açıqlayıb.

O deyib ki, sentyabr ayında Suriyada hava hücumunun başlanmasından bəri koalisiya ilə birbaşa əməkdaşlıq etməyib.

Bəşər Əsəd: "Terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik"

Bəşər Əsəd həmçinin Suriya hökumət qüvvələrinin üsyançıların əlində olan ərazilərə fərq qoymadan çəllək bombası ataraq minlərlə mülki şəxsi qətlə yetirməsi barədə xəbərləri təkzib edib: "Bu ittihamı uşaq nağılı adlandırıram. Bizim bombalarımız, raketlərimiz və güllələrimiz var, lakin çəllək bombası deyə bir şey yoxdur. Bir sözlə, bizdə çəllək yoxdur".


Xatırladaq ki, ABŞ-ın rəhbərliyi altında bir çox koalisiya ölkələri cənab Əsədlə əməkdaşlıqdan imtina edib. Onlar həmçinin 2011-ci ildə ölkədə başlanan üsyanlar səbəbilə Suriya prezidentindən istefa verməyi tələb etmişdi. Lakin ötən il İŞİD-in Suriya və İraqda güclənməsindan sonra rəsmilər Suriya lideri ilə əməkdaşlığa çalışıb. Buna baxmayaraq, Əsəd İŞİD-i dağıtmaq və məhv etməyə çalışan beynəyxalq koalisiyaya qoşulmaqdan imtina edib.

Qeyd edək ki,regionda İŞİD-ə qarşı mübarizədə İraq və Suriya ordu qüvvələrinə yaxından yardım edən İran hökuməti də İŞİD-ə qarşı qurulan ABŞ və Avropa qüvvələrininin yaratdığı koalisiyanı dəstəkləmədiyini bəyan etmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2015  14:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!