إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-ın əlində bir nisxə belə Quran görmədim - Didye Fransua

Beynəlxalq KİV-lərin verdiyi məlumata görə İŞİD terrorçu qruplaşmasının əlində 10 aya yaxın müddət ərzində əsirlikdə olan Farnsalı jurnalist Didye Fransua bildirmişdir ki,ekstremist qruplaşma üzvləri ilə təmasda olarkən onlar heç zaman  Quran və islam dəyərləri barədə söz açmadılar.

Ahlibeyt.az-ın İslam-tudey-ə istinadən verdiyi məlumata görə,Fransalı jurnalist Didye Fransua bildirmişdir ki,uzun müddət İŞİD əsirliyində olduğum müddət ərzində bizə Quran təqdim olunmadı, onların heç zaman Quran mətnlərini müzakirə etdiklərinin və əllərində bircə nüsxə olsun belə bu müqəddəs kitabın nüsxəsinə də rast gəlmədim.

Jurnalist qeyd edib ki,onların baxışlarının Quranla heç bir əlaqəsi yox idi,dini müzakirələr də aparmırdılar,müzakirə etdikləri yalnız siyasət idi.

Qeyd edək ki,Didye Fransua İŞİD əlindən xilas edilən az sayda jurnalistlərdən biridir.On aya  yaxın müddət terrorçu qruplaşma əlində olan jurnalis İŞİD-in İraqa hucumundan öncə ötən ilin aprel ayında xilas olub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2015  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!