|
• DünyadaİŞİD-in Misirli komandiri 4 milyon dollar “zəkat” pulunu götürərək, Suriyadan qaçıb"İslam Dövləti" (İŞİD) terror təşkilatının "Əbu Ubəyda" ləqəbli misirli komandiri Suriyanın Dirazzur şəhərində yığılan və ümumi məbləği yerli valyuta ilə təxminən 1 milyard funt (təxminən dörd milyon dollar) olan pulu götürərək, ölkədən qaçıb. Ahlibeyt.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə,Suriya mətbuatı sözügedən məbləğin Dirazzur əyalətinin İraqla sərhəddə yerləşən və neftlə zəngin olan əl-Məyadin şəhərinin tacirlərindən və sahibkarlarından zəkat adı altında yığıldığını, Əbu Ubəydanın isə Dirazzurun ətraf bölgələrində “Zəkat Divanı”nın rəhbəri olduğunu bildirir. Bundan əvvəl Dirazzurda İŞİD-in Səudiyyə Ərəbistanından olan “qazı”sı da yerli əhalidən müxtəlif bəhanələrlə yığılmış külli miqdarda pulu götürərək, qaçmışdı. Qeyd edək ki, İraq və Suriya mənbələri son həftələr İŞİD liderlərinin kütləvi qaçışları barədə müxtəlif xəbərlər verirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2015 19:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |