إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Həsənzadə Amuli - Zühur hadisələri qəfil baş versə insanlar bu dəyişikliklərə uyğunlaşa bilməzlər

Ayətullah Həsənzadə Amuli müasir dövrün dəyərli alimlərindəndir.Onun həyatı və  tövsiyyələri ilə tanışlıq həyat yolu seçməkdə insanlara yardımçı ola bilər. Ahlibeyt.az nur-az.com-a istinadən Ayətullah Həsənzadə Amulinin bəzi mənəvi-əxlaqi tövsiyyələri və  zuhurla bağlı fikirləri ilə oxucuları tanış edir.

Ustad ondan özünütərbiyə üçün göstəriş (dəsturul-əməl) istəyənlərə Quranı göstərərək - "Quran göstərişlərinə əməl edin. Həqiqətən, Quran ən doğru yola yönəldir (İsra,9).Sizə yeganə tövsiyəm bu ola bilər ki, daim özünüzü qoruyun, özünüzə nəzarət edin. Kiminlə yoldaş olmaq çox təsirlidir. Mənəvi aləmə bağlananlar bundan təsirlənərək dəyişir. Belə insan daim zikr, raz-niyaz halındadır. Xacə Hafiz buyurur ki, özünü bağçaya vurmuş bülbülə oxuma demə. İmam Sadiq (ə) buyurur ki, arifin qəlbi Allah fikrindədir. Sədi deyir ki, özüm camaat arasında olsam da, qəlbim başqa yerdədir."

Əllamə dilə nəzarətlə bağlı buyurur: "Ruh və cismin iki ağzı var. Ruhun ağzı qulaqdır. Adi ağız cismin ağzıdır. Bu iki ağızı qorumaq çox mühümdür. Bu ağızlardan çıxan, bu ağızlara daxil olan hər şey təsirlidir. Nə yesən işin də yediyinə uyğun olcaq. Nə eşitsən danışdığın da ona münasib olacaq. Varid olan nədirsə sadir olan da elədir. Ağzını qorumayanın qələmi də cəfəngiyyat yazacaq. Həzrət Əli (ə) buyurur: Əməl nabatdır. Nabat suya ehtiyaclıdır. Sular fərqlidir. Nabat hansı sudan düzələrsə tamında bilinər. Əməl də belədir, hansı bulaqdan su içməsi mühümdür.Danışmaq Allahın rəhmaniyyə rəhmətindən, susmaq rəhimiyyə rəhmətindəndir. Danışmaq hamı üçün açılmış süfrədir. Sükut isə hal əhlinin süfrəsidir... "

Alimin həyatında diqqət çəkici məqam  xüsusi ilahi lütfdən bəhrələnməsidir.O təhsil aldığı zamanları yada salaraq - "Müxtəlif şübhələr mənə hücum çəkdiyi, irfani məsələlərin tətbiqində aciz qaldığım zamanlarda dərsdə davamlı iştirak edir, şübhələrimi büruzə vermirdim. Məni bu təhlükəli uçurumdan qurtaran yalnız Allahın lütfü oldu."

Həsənzadə Amuli zühurla bağlı buyurur : "Günəş tədricən batıb-çıxmalıdır ki, onun təsiri altında olanlar dəyişən şəraitlə dəyişə bilsinlər. Mənəviyyatda da belədir. Məsum İmam mənəvi həyatın günəşidir. O da günəş kimi təbiiət qanunlarına oxşar qanunlar əsasında hərəkət etməlidir. Qeyb və zühur hadisələri qəfil baş versə insanlar bu dəyişikliklərə uyğunlaşa bilməzlər.Bu səbəbdən zühurda tədricilik ilahi hikmətə əsaslanır. İmam Zamandan öncə üç imamın həyatı qeyb həyatına bənzər olmuşdur. Bu ona görədir ki, insanlar qeyb hadisəsinə tədricən uyğunlaşsınlar. İmamın kiçik və böyük qeyb hadisələri var. Kiçik qeyb də insanları böyük qeybə hazırlayırdı. Zühur hadisəsində də bu tədricilik labüddür. Yüz illər boyu tövhid mədəniyyətindən məhrum qaranlıq cəmiyyətlərdə yaşayanlar qəfil nura dözə bilməzlər. Quran buyurur ki, yer öz Rəbbinin nuru ilə işıqlanacaq (Zumər, 69). Bu arada vasitəyə ehtiyac var. İnsanlar bu vasitə ilə böyük mərhələyə hazırlanır."

Qeyd edək ki,Ayətullah Həsənzadə Amulinin 110 cilddən artıq kitabı mövcuddur və bu kitabların böyük əksəriyyəti oxucuların ixtiyarına verilib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2015  17:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!