إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fevralın ilk günü "Beynəlxalq Hicab Günü" kimi qeyd olunacaq

Bu il fevral ayının biri dünyanın bir çox ölkələrində Beynəlxalq Hicab Günü" müxtəlif dinlərə mənsub 100 minlərlə qadın gün ərzində başlarına örtük bağlayıb gündəlik fəaliyyətlərini hicablı şəkildə keçirəcək.

Ahlibeyt.az-ın beynəlxalq agentliklərə istinadən əldə etdiyi məlumata  görə,fevralıən ilk günü dünyanın 100-dən çox ölkəsində müxtəlif  din ardıcılları və düşüncə baxışlarına mənsub  olan milyonlarla qadın müsəlman qadınlara həmrəylik nümayiş etdirərək başlarına örtük bağlayacaq.

Məlumatlarda bildirilir ki,son iki ildə keçirilən bu tədbir  dünya miqyasında müsəlman qadınların baş örtüyünün mahiyyəti ilə tanışlıq xarakteri daşıyır.Təşkilatçıların bildirdiyinə görə,müxtəlif din və kinfessiyalara mınsub qadınlar bütün gün ərzində başlarına hicab bağlayaraq cəmiyyətdəki başı bağlı müsəlman qadınlara dəstək verirlər.

Eyni zamanda qeyd olunur ki,bu tədbir bəzi ölkələrdə müsəlman qadınların baş örtüyünə görə ibtibai və ali təhsil ocaqlarında,iş yerlərində və qeyri müsəlman cəmiyyətlərdə qarşılaşdıqları təzyiqlərə qarşı simvolik bir etiraz forması daşıyır.

Qeyd edək ki, bu ilki aksiyaya 10 milyona qədər qadının cəlb olunması gözlənilir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2015  17:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!