إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

London avtobuslarına “Məhəmməd nur müəllimidir” sözləri yazıldı

Londonda avtobuslar “Məhəmməd peyğəmbər nur müəllimi və bəşəriyyət üçün rəhmət” sözləri yazılarını təbliğ edərək Həzrət Rəsulullaha (s) edilən hörmətsizliyə etiraz nümayiş etdirdilər.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Shabestan agentliyinin “Əl- Misriyyun”a istinadən verdiyi məlumatda bildirilir ki,sosial şəbəkə fəalları Londonda İslam Peyğəmbərini  təbliğ edən avtobusların şəkillərini paylaşıblar. Avtobusların üzərinə ingilis dilində “Məhəmməd peyğəmbər (s) həyat nuru, haqq müəlimi və möminlərə rəhmət” sözləri yazılıb.

 

Məlumatda qeyd edilir ki, “Charlie Hebdo” jurnalının etik normalardan kənar addımlarına cavab olaraq Londonda bir sıra ictimai nəqliyyat vasitələri “Məhəmməd peyğəmbər nur müəllimi və bəşəriyyət üçün rəhmət” sözləri yazlərını təbiliğ edirlər.

 

Bu yazılarla cəmiyyətə çatdırılır ki, Həzərəti Məhəmmədin (s) və İslam dininin terrorizmlə heç bir şəkildə əlqəsi yoxdur.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2015  13:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!