إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə Dini İşlər Naziri - “Dünyada 12 milyon müsəlman öldürüldü, heç kimin səsi çıxmadı”

“Son 10 ildə dünyada 12 milyon müsəlman öldürüldü, amma heç kimin səsi çıxmadı”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Apa-nın Türkiyənin “Sabah” qəzetinin saytına istinadən verdiyi məlumatda bildirilir ki, bunu Türkiyə Dini İşlər Naziri(Diyanət) Mehmet Görməz deyib.


Fransadakı terrordan sonra Avropada İslama qarşı aqressiyanın artmasına toxunan M. Görmez bildirib: “12 milyon müsəlmanın qətlinə səs çıxarmayan insanların 12 nəfərə qarşı cinayətə görə birdən ayağa qalxmasını ibrətlə izlədik”.

M. Görməz bəyan edib ki, “Charlie Hebdo”ya olan hücumu heç bir mömin qəbul edə bilməz. O qeyd edib ki, İslam məsum insanların öldürülməsini bütün bəşəriyyəti öldürməyə bərabər sayır: “Son hadisələrdən bəşəriyyət nəticə çıxarmalıdır. Biz dünyada yaşanılan acı və iztirabların üzərinə mərhəmətlə, ədalətlə getməliyik”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2015  14:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!