|
• DünyadaİŞİD imamların Samirradakı məqbərələrinə hücum edib(Video)İraqın Səlahhədin vilayətində İraq ordusu ilə İŞİD terrorçuları arasında gedən döyüşlərin son görüntüləri yayımlanıb. Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,videoların birində Samirra şəhəri ətrafında katerlə şəhərə hücum edən İŞİD terrorçularının bir qrupunun İraq ordusu tərəfindən məhv edildiyi görünür.
Qeyd edək ki, "İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən axşam saatlarından başlayaraq, İraqın Samirra şəhərində minaatanlar və raketlərdən İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) məqbərələrinə, eləcə də könüllü briqadaların buradakı qərargahlarına hücum edib.Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, hücumlardan sonra Samirrada fövqəladə vəziyyət elan edilib. Şəhərdə işıqlar sönüb.
Məlumata əsasən, bu hücumlarda könüllü briqadaların 10-dan çox üzvü həlak olub və yaralanıb.İŞİD üzvləri özlərinin "Twitter" səhifələrində Təşkilat silahlılarının şəhərin girəcəklərində bir neçə kamikadze əməliyyatı həyata keçirdiklərini yazıblar.
Terror təşkilatı hücumların hələ də davam etdiyini iddia edir. Video
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2015 16:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |