|
|
Prezident İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak edib (VİDEO- Foto)Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlahm Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri,dövlət rəsmiləri,həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə,tanınmış ilahiyyatçılar, axundlar, ictimaiyyət xadimləri iştirak edib. Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb. Prezident İlham Əliyev ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb. İki il ərzində möhtəşəm memarlıq əsərinin yaradıldığını, ölkəmizin ən böyük məscidinin artıq istifadəyə verildiyini deyən dövlət başçısı bildirib ki, bu, bir daha bizim milli-mənəvi dəyərlərə sadiqliyimizi göstərir. Çıxışın davamında Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri sülh şəraitində yaşayır, sivilizasiyalararası dialoq məsələsində Azərbaycan nümunəvi ölkədir. Artıq ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyini qeyd edən dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu və əmin olduğunu bildirdi ki, vaxt gələcək işğal olunmuş ərazilərdəki məscidlər də bərpa olunacaq. Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.
!
Закрытая информация, только для зарегистрированных пользователей! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2014 18:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |