إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Malatyada "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" adlı konfrans keçirilib

Türkiyənin Malatya şəhərində İnönü Universitetində həmin universitetin Xarici Tələbələr Topluluğu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi (İNDEX) tərəfindən təşkil olunan "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı və fotoqraf Məmməd Rəhimovun "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib.

SalamNews-un məlumatına görə, Xarici Tələbələr Topluluğunun sədri Ramal Şəmşədli konfransı açıb, hər iki ölkənin gəncləri arasında təhsilin inkişafına, yayılmasına diqqəti cəlb edib.

Konfransda iştirak edən Azərbaycan Texniki Universitetinin professoru, Tarix kafedrasının müdiri Şikar Qasımov Azərbaycan və Türkiyənin mədəni əlaqələri və ortaq dəyərlərin qorunmasından danışıb.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanda son zamanlar mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. O, "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin Türkiyə də daxil olmaqla türk-islam arealında arxeoloji abidələr və tərtib olunan turlar haqqında geniş məlumat verib.

Konfransın sonunda məruzəçilərə Universitet tərəfindən plaket və hədiyyələr təqdim olunub. "MİRASın Dostu" plaketi Universitetin rektoru, professor Cemil Çelikə və Xarici Tələbələr Topluluğunun sədri Ramal Şəmşədliyə təqdim edilib.

Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Malatya valisi Süleyman Kamçını ziyarət ediblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2014  13:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!