|
• DünyadaBMT Baş Katibinin müavini V.Amos - “İŞİD” 350 uşağa öz düşərgələrində hərbi təlim keçir“İslam Dövləti” (“İŞİD”) uşaqları öz sıralarına cəlb edərək onları təlim düşərgələrinə göndərir. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,“ABC News” agentliyinin məlumatında bildirilir ki,bunu BMT baş katibinin müavini Valeri Amos Təhlükəsizlik Şurasının iclasında deyib. Toplantıda qruplaşmanın sıralarına cəlb olunan uşaqların sayında artım olduğu bildirilib. V. Amos Suriyanın Rakka şəhərindəki “İŞİD” düşərgəsində 350 uşağın təlim keçdiyini söyləyib. Bu uşaqlardan ən kiçiyi 5 yaşındadır. V. Amos humanitar yardıma ehtiyacı olan uşaqların sayının 4 milyondan 5,6 milyona yüksəldiyini də açıqlayıb: “Uşaqları öldürür, işgəncələrə və seksual zorakılığa məruz qoyurlar”. Baş katibin müavini BMT-dən Suriyada baş verən kobud insan haqları pozuntularına görə cəzasızlığa son qoymağa və cinayətlərdə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2014 11:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |