إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fəxr edirik ki, vilayət yolunun davamçılarıyıq

Ayətullahul-Üzma Şeyx Safi Gülpəyqani bu gün dəftərxanasında şiəliyi qəbul etmiş Cənubi Afrika Respublikası vətəndaşları ilə görüşüb.

Ayətullah Safi Əhli-Beyt(ə) məzhəbinə hidayət olanlara baxmaqdan sevinc hissi keçirdiyini bildirərək qonaqlara ərz edib ki, başqa dinlərdən İslam dini seçənlərə tamaşa etmək qəlbimə şadlıq bəxş edir və mən sizinlə keçirdiyim dəqiqələri özüm üçün qənimət hesab edirəm. Və sizi görmək məni o qədər xoşhal edib ki, heç uzun illər boyu qardaş və bacılarını itirmiş şəxs onları taparkən belə sevinc hissi keçirmir. Ayətullah Safi Gülpəyqani qonaqların özlərilə gətirdikləri övladlarına məhəbbət göstərərək həmin uşaqları öz övladları adlandırıb.

Ayətullah Sagi Gülpəyqani bildirib ki, inanıram ki, siz Əhli-Beyt(ə) məktəbilə daha yaxından tanış olacaqsınız və Əhli-Beyt(ə) məktəbinin bərəkətindən faydalanacaqsınız. Və əgər siz Əhli-Beyt(ə) maarifilə kamil tanış olduqdan sonra ona itaət edərək digərlərinə də Əhli-Beyt(ə) məktəbini tanıtdırsanız onlar da həqiqi İslam yoluna təşrif buyurarlar.

Hz.Rəsuli-Əkrəmdən(s) Hz.Əlinin(ə) məqamını tanıtdıran hədisi zikr edən mərcei-təqlid deyib ki, biz fəxr edirik ki şiəyik və Əhli-Beytin(ə) və İslam dininin aradan getməsinin qarşısını almaq üçün qiyam etmiş İmam Hüseynin(ə) vilayətinin yolçularıyıq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2011  20:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!