إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fələstin bütövlükdə Fələstin xalqının olmalıdır!

“Fələstin bütövlükdə Fələstin xalqının olmalıdır!” – bu gün səhər keçirilən sayca beşinci Fələstin Müqavimət Hərəkatına Dəstək Ümumdünya Konfransında İslam ümmətinin Fələstin problemi ilə bağlı başlıca strategiyasını şərh edən Ayətullah Xameneinin vurğuladığı əsas və prinsipial məqam bu oldu.

Fələstin və Liviya müqavimət dəstələrinin nüfuzlu liderləri, dünyanın azad fikirli, ədalətpərvər alim və mütəfəkkirləri, İslam dünyasının parlament sədrləri və məsul parlamentariləri qarşısında çıxış edən Ayətullah Xamenei İran İslam Respublikasının Fələstin məsələsinə yanaşması haqda danışaraq dedi: “İslam ümmətinin ülvi məqsədi – bir qarış torpağını belə güzəştə getmədən müsəlman Fələstin məmləkətinin azad edilməsi arzusu yalnız səbr, müdriklik, Allaha təvəkkül, eləcə də müqavimət dəstələrinin, müsəlman dövlətləri və xalqlarının hamılıqla mücahidə nümayiş etdirməsi sayəsində gerçəkləşəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin məsələsi İslam ümməti üçün ortaq olan problemlər içərisində ən önəmli yer tutan bir məsələ olduğunu bildirərək dedi: “Bir müsəlman ölkəsinin işğalı və müxtəlif ölkələrdən gəlmiş yadellilərin öhdəsinə buraxılması, tarixdə misli görünməmiş bu hadisənin gedişində müsəlmanlara qarşı ardıcıl olaraq qətl, cinayət və təhqirlərə yol verilməsi, müsəlmanların ilk qibləsində və Fələstindəki başqa dini abidələrdə dağıntı və xəsarətlərin törədilməsi Fələstinin İslam dünyasının bir nömrəli problemi olduğunu sübut edən dəlillərdir”.

“İsrail rejimi Qərbin İslam ümmətinin kürəyinə sancdığı xəncərdir!” –  deyən Ayətullah Xamenei əlavə etdi ki, qondarma İsrail dövləti və ictimaiyyəti imperialist dövlətlərinin İslam dünyasının ən strateji bir nöqtəsində İslama və müsəlmanlara qarşı mübarizə aparması üçün şərait yaradan hərbi, siyasi və təhlükəsizlik bazasına çevrilib və bu Fələstin probleminin prioritetini sübut edən daha bir dəlildir.

Fələstin probleminin prioritet əhəmiyyət daşıdığını sübuta yetirmək üçün Həzrət Ayətullah Xameninin istinad etdiyi beşinci önəmli dəlil bu oldu ki, sionizm Fələstinin işğalından dünyada öz nüfuzunu gücləndirmək, müstəmləkəçilik siyasətini genişləndirmək üçün bir dayaq nöqtəsi kimi istifadə edir. O dedi: “Bu günə qədər müsəlman ölkələrinin Fələstin problemi ilə bağlı üzləşdiyi ağır maddi xərclər və insan tələfatı, milyonlarla fələstinli qaçqının birib-tükənmək bilməyən əzab-əziyyəti, İslam dünyası üçün mühüm olan bir sivilizasiya mərkəzinin inkişaf tarixinin qırılmaya məruz qalması və digər çoxsaylı sübutlar buna işarə edir ki, müsəlmanlar bütün digər önəmli problemləri sırasında Fələstin probleminin həllini önə çəkməlidirlər”.

Qeyd olunan ideoloji, insani, siyasi və tarixi dəlilləri sadaladıqdan sonra Həzrət Ayətullah Xamenei əsas və prinsipial əhəmiyyət daşıyan digər bir məqama toxundu. O vurğuladı: “Fələstin məsələsinin əvəzsiz əhəmiyyətini sübuta yetirən daha bir mühüm dəlil bu problemin İslam ümmətinin müqəddəratında həlledici bir etapın başlanğıcı sayılan, möhtəşəm və geniş əhatəli islami oyanış hərəkatının formalaşmasına göstərdiyi hiss olunan təsirdir”.

Alyətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da əlavə etdi: “Heç şübhəsiz, qüdrətli, mütərəqqi, yumruq kimi birləşmiş bir müsəlman ittifaqının yaranması ilə nəticələnə biləcək, Allahın köməyi, liderlərinin güclü əzmi sayəsində müsəlman xalqlarının gerilik, zəiflik və həqarət dövranına son qoyacaq bu islami oyanış öz gücünün və tarixi qəhrəmanlığının mühüm bir qismini Fələstin hadisələrindən əxz edib”.

Fələstin məsələsinin İslami oyanışın formalaşmasına göstərdiyi təsiri əsaslandıran Ayətullah Xamenei İsrail rejiminin günü-gündən artan zülm və zorakılığına, Amerikanın muzduru olan bəzi diktator və korrupsiyaçı hökumət başçılarının İsrailə havadarlıq etməsinə, Liviyada 33, Qəzzada isə 22 gün davam etmiş hərbi əməliyyatlarda mömin gənclərin ilhamverici müqavimətinə və ecazkar qələbələrinə toxunaraq dedi: “Bu reallıqlar Misir, Tunis və Liviya xalqlarını, habelə zahirən sakit bir okeana bənzəyən digər region ölkələrini təlatümə gətirmiş, mübarək islami oyanış hərəkatının formalaşmasına yol açmış mühüm amillərdəndir”.

leader.ir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2011  01:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!