إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi bəyanat yayıb

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi bəyanat yayıb



Ahlibeyt.azın verdiyi məlumata görə bəyanatda deyilir

"Rusiya höküməti ölkəmizin ayrılmaz hissəsi sayılan “Abxaziya Muxtar Respublikası” ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu addımın “strateji tərəfdaşlıq” ünvanı altında atılmasına baxmayaraq, Rusiya rəsmilərinin yaxın keçmişdə öz qonşularına sərgilədiyi işğalçı siyasəti, bu addımın da həmin məqsəd üçün olduğunu aydınlaşdırdı. Məhz elə buna görə də bu xəbəri eşitmək bizləri sarsıdıb.

Biz Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi olaraq Rusiya rəsmiləri tərəfindən atılan bu addımı kəskin şəkildə qınayır və işğalçılığa son qoymağı tələb edirik. Onları, qafqaz xalqları ilə qardaş Rusiya xalqının keçmişdə sülh şəraitində yaşadıqları kimi, sonra da həmin şəraitdə yaşamalarının mümkünlüyübdən yararlanmağa çağırırq. Əks təqdirdə atılan bu addım, sonda Rusiya üçün heç də xeyirli və bərəkətli olmayacağını onların nəzərinə çatdırırıq, çünki onlar işğalçılıq uğrunda sərgilədikləri qətiyyətlə, Rusiyanın imicini daha da ləkələmiş olacaqlar".

Bəyanatda həmçinin bildirir ki, bunun müqabilində məsul beynəlxalq qurumları da, dünyanın harasında baş verməsindən asılı olmayaraq, işğalçılığa qarşı daha da qətiyyətli olmağa çağırırıq. Ölkə daxılındə də irqi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələri vətənin azadlığı uğrunda, işğalçılığa qarşı bir olmağa səsləyirik. Biz də bu yöndə əlimizdən gələn heç bir səyi əsirgəməyəcəyimizə söz veririk.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2014  19:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!