إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazədə İranda keçirilən beynəlxalq konfrans çərçivəsində görüşlər keçirib(foto)

Noyabrın 23-də Azərbaycan nümayəndə heyətini təmsil edən Şeyxülislam Allahşükür Paşazadə  Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” adlı Beynəlxalq konfransın işinə qatılmışdır. Dünyanın 83 ölkəsini təmsil edən tanınmış müsəlman din alimləri və nüfuzlu ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirin gündəmindəki mövzular dünyada baş verən münaqişə və savaşlara, radikallıq və ekstremizm tendensiyalarına, din adı ilə törədilən terror və cinayətlərə, həmçinin belə qlobal problemlərdən çıxış yollarına həsr edilib.

Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,beynəlxalq tədbirin təşkilatçısı olan Ayətullah Məkarim Şirazi konfransın keçirilməsinin iki başlıca məqsəd daşıdığını söylədi. O, bunları qeyd etdi: "Məqsədimiz məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır. İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir."

Tədbir çərçivəsində Ayətullah Məkarim Şirazi Şeyxülislam Allahşükür Paşazadə ilə görüş keçirmişdir. QMİ sədri tədbirin təşkilatçısına səmimi qəbula görə öz minnətdarlığını bildirmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırmışdır. Şeyxülislam həzrətləri Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək i, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynamasını qeyd edib.

Ayətullah Məkarim Şirazi öz növbəsində dəvəti qəbul edib konfransa qatıldığına görə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə öz minnətdarlığını bildirdi və Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş etdi.

Noyabrın 24-də Şeyxülislam Allahşükür Paşazadə həzrətləri beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.

Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri bunları qeyd etdi: “Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

“Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

Şeyxülislam həzrətləri çıxışının davamında bunları söylədi: “Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

 

Azərbaycan nümayəndə heyətinin İrana ikigünlük səfəri çərçivəsində dünyaşöhrətli İslam alimi, İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri Ayətüllah əl-üzma Seyyid Əli Sistaninin xüsusi nümayındəsi Ayətullah Seyid Cavad Şəhristani ilə görüş keçirilib. Səmimi şəraitdə keçən görüşdən sonra QMİ sədrinin şərəfinə ziyafət verilib.

Qeyd edək ki, səfərdə QMİ sədrini ölkənin İlahiyyatçı alimləri Hacı Şahin Həsənli,Elşən Mustafaoğlu,Mircəfər Əyyubov,Müfti Hacı Salman Musayev və digər din xadimləri müşayiət etmişlər.

Qeyd edək ki,konfrans çərşivəsində Azərbaycan nümayəndə heyətinin İranın Ali Dini Lideri Seyyid Əli Xamneyi ilə görüşü nəzərdə tutulur




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2014  13:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!